Icma.az
close
up
RU
İsrail İran gərginliyinin aviabiletlərin qiymətinə təsiri: BAHALAŞMA, yoxsa UCUZLAŞMA?

İsrail İran gərginliyinin aviabiletlərin qiymətinə təsiri: BAHALAŞMA, yoxsa UCUZLAŞMA?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranla İsrail arasında davam edən gərginlik hava yolları ilə səfər etmək istəyən insanların müzakirə mövzusuna çevrilib.

Oxu.Az xəbər verir ki, regionda baş verən gərginlik fonunda bir çox sərnişin aviabiletlərin qiymətində dəyişikliyin olub-olmadığını soruşurlar.

Ehtimal olunur ki, mövcud vəziyyətlə əlaqədar bəzi hava məkanlarının bağlanması və ya bəzi marşrutlarda məhdudiyyətlərin tətbiqi, aviaşirkətlərin uçuş planlarına göstərdiyi təsir nəticəsində biletlərin qiymətində artım ola bilər. Bundan başqa, əgər gərginlik dərinləşərsə və bölgədə hava yolları üçün risklər artarsa, bu, daha çox uçuşların təxirə salınmasına gətirib çıxara bilər ki, bu halda da aviabiletlərin qiymətlərinin bir qədər artması baş verə bilər.

Məsələyə aydınlıq gətirmək üçün ölkədə fəaliyyət göstərən bir neçə xarici tur şirkətləri ilə əlaqə saxlayıb aviabiletlərdə qiymət artımının olub-olmaması ilə maraqlandıq.

Əlaqə saxladığımız turizm şirkətlərindən birinin meneceri Oxu.Az-a açıqlamasında bildirdi ki, İranda baş verən hadisələr əsasən Dubay və Doha istiqamətində olan marşrutlara təsir edir, çünki onların hər birinə altı saatlıq uçuş zamanı sərf olunur. Aviabiletlərin qiymətində indiki halda heç bir artım yoxdur. Münaqişə uzanarsa, yəqin ki təsiri ola bilər, amma hələ ki belə bir hal yaşanmır.

Digər turizm şirkətinin meneceri isə Oxu.Az-a açıqlamasında qiymətlərin endiyini diqqətə çatdırıb:

"Hazırda aviabiletlərin qiymətində heç bir artım müşahidə olunmur, əksinə enmə var. Bu da onunla bağlıdır ki, mövcud vəziyyətlə əlaqədar, insanlar hava yollarından istifadə etməkdən qorxurlar. Çoxu buna risk kimi baxır. Bu da o deməkdir ki, tələbat azalır. O ki qaldı münaqişənin uzanacağı halda qiymətlərin artıb-artmayacağı məsələsinə, düşünmürəm ki, artsın. Dediyim səbəblərdən ucuzlaşma ola bilər, nəinki bahalaşma".

Üçüncü şirkətin nümayəndəsi isə Oxu.Az-ın sorğusuna cavab olaraq əvvəlki illərlə müqayisədə hər hansı artımın qeydə alınmadığı bildirdi:

"Hazırda yaydır və uçuş mövsümüdür. Satdığımız biletlərin qiyməti həmişə olduğu kimi mövsümə uyğun qiymətlərdir. Mövsüm zamanı onsuz da qiymətlər digər vaxtlarla müqayisədə bir qədər yüksək olur. Amma xüsusi hansısa qiymət artımı hiss etməmişik. Hətta paketlə bilet alanlarda da hansısa qiymət fərqi hiss olunmur".

İqtisadçılar isə hesab edirlər ki, regionda baş verən hadisələrin aviabiletlərin qiymətinin həm artmasına, həm də enməsinə təsir göstərə biləcəyi amillər mövcuddur və hər şey proseslərin necə irəliləyəcəyindən asılıdır.

İqtisadçı Rəşad Həsənov Oxu.Az-a açıqlamasında hazırda faktiki olaraq bazar konyukturunun iki istiqamətdə şərtlərin təsiri ilə üzləşməkdə olduğunu diqqətə çatdırıb:

"Birincisi, təhlükəsizliklə bağlı məqamlardır. Yəni bir sıra istiqamətlərdə həyata keçirilən uçuşların trayektoriyasının dəyişdirilməsi daha uzunmüddətli uçuşlarla nəticələnir ki, bu da xərcləri artıran faktor kimi çıxış edir. Hesab edirəm ki, bu təsirlər intensiv uçuş mövcud olan istiqamətlərdə qiymətlərin yüksəlməsinə gətirib çıxaracaq.

Burada ikinci bir faktor yanacağın qiyməti ilə bağlı olan məsələdir. Bilirsiniz ki, aviadaşımalarda xərclərin əhəmiyyətli hissəsini yanacaq formalaşdırır. Qeyd olunur ki, bəzi hallarda 15%-dən 22%-ə qədər xərclər məhz yanacaqdan formalaşır. O da məlumdur ki, İran-İsrail münaqişəsi dünya bazarlarında neftin qiymətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Hazırda bir barel neftin qiyməti təxminən 80 dollara çatıb.

Digər əsas məsələ Hörmüz boğazının bağlanması ilə bağlı xəbərlərdir ki, gələcəkdə qiymətlərin daha da artmasına gətirib çıxara bilər. Bu, əslində çox əhəmiyyətli məqamlardan biridir və birbaşa təşkilati xərclərin artmasına, xidmətin maya dəyərinin yüksəlməsinə və başlanğıc aviabilet qiymətlərinin də yuxarı qalxmasına səbəb ola bilər".

R.Həsənov qeyd edib ki, aviabilet qiymətlərində yüksəlmə və ya ucuzlaşma ilə bağlı ikinci, nisbətən neytrallaşdırıcı faktor isə təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq tələbin aşağı düşməsidir:

"Əgər məsələyə Azərbaycan bazarı aspektindən baxsaq görərik ki, münaqişə dövrü ərzində İsraildən, Körfəz ölkələrindən Azərbaycana uçuşlar azalmaqdadır. Bu hal da alqoritmlər tərəfindən qiymətlərin orta göstəricisinin azalması ilə nəticələnir. Yəni mövcud münaqişə bir tərəfdən aviabilet qiymətlərinin yüksəlməsi istiqamətində çağırışlar formalaşdırırsa, digər tərəfdən tələbin aşağı düşməsi səbəbindən qiymətlərin enməsi istiqamətində də müəyyən bir şərait yaradır".

Aviabiletlərin qiymətində əsasən artma, yoxsa azalma faktorunun önə çıxacağı gözləntisi ilə bağlı suala cavabında isə R.Həsənov bunun proseslərin necə davam edəcəyindən asılı olduğunu vurğulayıb:

"Növbəti dövrlərdə aviabilet qiymətlərinin artım səviyyəsi dinamikası daha çox bu münaqişənin dərinliyindən, nə qədər davam edəcəyindən, ümumi enerji qiymətlərinə hansı səviyyədə təsir edə biləcəyindən və eyni zamanda bu prosesin eskalasiya səviyyəsindən asılı olacaq. Əgər bu proses daha da intensiv xarakter alarsa və digər ölkələr də prosesə qoşularsa, hadisələr artıq tamamilə fərqli məcraya yönəlmiş olacaq və düşünürəm ki, nəticədə aviabilet qiymətləri, xüsusilə risk faktorları səbəbindən əhəmiyyətli səviyyədə yüksələ bilər".

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 İyun 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri