Icma.az
close
up
RU
Makron diktaturasının yaratdığı REALLIQ: Fransa Azərbaycana MÖHTAC QALIR FOTO

Makron diktaturasının yaratdığı REALLIQ: Fransa Azərbaycana MÖHTAC QALIR FOTO

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Prezident İlham Əliyevin iki gün əvvəl “Rossiya 24” kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər olduqca mühüm olmaqla yanaşı, əhəmiyyətli dərəcədə Avropada və ətraf regionda vəziyyətin necə dəyişdiyi barədə geniş mənzərə yaradıb. Prezident İlham Əliyev siyasətdə Makrona master-klass keçdi. Yeni bir ifadə işlətdi-Makron diktaturası. Dünyanın səkkizinci ən geniş yayılmış dili sayılan rus dilində verdiyi bir saatlıq maraqlı müsahibəni sanki beş dəqiqə kimi izlədim”.

Bu barədə Medianews.az-a açıqlamasında siyasi şərhçi Gülsel Səfərova bildirib.

O, Azərbaycan Prezidentindən sitat gətirərək qeyd edib ki, əvvəlki Fransa prezidentləri dövründə yaşanmayan böhran Makron administrasiyası zamanı müşahidə edilib.

Siyasi şərhçi, Fransa-Azərbaycan siyasi-iqtisadi münasibətlərinin son beş ilə qədər artan dinamika ilə inkişaf etməsinə də fikir yönəldib: “Uzağa getməyək. 2020-ci ilə kimi Azərbaycanda 40-dan çox fransız şirkəti fəaliyyət göstərib. Hətta xatırlayıram, 2016-cı ildə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez Bakının Cənubi Qafqazda Parisin mühüm tərəfdaşlarından olduğunu, həmçinin ölkəsinin əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirmişdi. Səfir Azərbaycanda aparılan iqtisadi islahatların xarici şirkətlər, o cümlədən Fransa şirkətləri üçün əlverişli imkanlar yaratdığını demişdi”.

G.Səfərova vurğulayıb ki, 2020-ci ilə qədər Azərbaycan Fransa üçün mədəniyyət layihələri və bərpa işləri üçün 1.25 milyon avrodan çox pul ayırıb: “Strasburqda gündəlik nəşr edilən “Alzasın son xəbərləri” qəzetində dərc olunmuş “Azərbaycan xeyirxahlığı” sərlövhəli məqalədə ölkənin ən qədim kilsələrindən olan Notr-Damın təmirinə yardım edilməsi üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi təşəbbüs yüksək qiymətləndirilmiş, Avropa Şurasının böyük dostu olan Azərbaycanın bu istiqamətdəki addımı təqdir olunmuşdu. Bəs Notr-Damın təmirindən sonra açılışında Makron bu barədə Azərbaycana təşəkkür bildirdimi? Xeyr. Heydər Əliyev Fondunun nəcib fəaliyyəti və Fransa xalqına dəstəyinə görə, bir kəlmə belə demədi.  Əslində belə layihələr sıraladıqca bitmir. Prezident İlham Əliyev də “Rossiya 24” kanalına verdiyi müsahibədə bildirmişdi ki, həm Ulu Öndər Heydər Əliyevin hakimiyyət gəldiyi, həm də özünün Prezident seçildiyi zaman dəvət aldığı ilk dövlət Fransa olmuşdu. Bəs nə dəyişdi?”

Siyasi şərhçi deyib ki, geosiyasətdə iki dövlət arasında iqtisadi amillər nəzərə alınmaqla yanaşı, hər zaman milli maraqlar ön planda yer alır: “Makron hakimiyyətə gəldikdən sonra irqçiliyi əsas tutaraq, xaotik siyasət həyata keçirməklə 30 ilə yaxın Fransa və Azərbaycan rəhbərliyinin töhfə verdiyi siyasi-iqtisadi münasibətlərə zərbə vurdu. Fransız xalqının hər mənada üz qarasına çevrilən “lider” tarixdə ölkəsinin imicinə ziyan vuran, beynəlxalq arenada zəifləyən və diplomatik taktikaları sıfıra bərabər olan prezident kimi yadda qalacaq”.

G.Səfərovanın qənaətincə, Fransada Makrondan sonra gələcək prezidentə böyük məsuliyyətlər və neqativ şərait miras qoyulacaq: “Yeni gələcək prezident Cənubi Qafqazda perspektivli münasibətlər quracaqsa, bunu Ermənistan vasitəsilə deyil, Ümumi Daxili Məhsulu 75 faizdən artıq olan, Qərblə-Şərqi birləşdirən lokomotiv layihələrin icraçısı Azərbaycanla qurması məqsədəuyğundur. Fransanın bundan sonrakı yolu Cənubi Qafqazda Azərbaycandan keçəcək. Bu reallığı Makron diktaturasının özü yaratdı. Əks halda, başqa mənzərə ilə üzləşəcək. Çünki dünyada artıq ittifaq qruplaşmalarının sayı artıb. Bu qütbləşmələr Fransanın xeyrinə deyil”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Dekabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri