İsrail iranlı rəsmilərə sui qəsd iddialarını təkzib etdi
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
İsrail "The New York Times" və "The Washington Post" qəzetlərində danışıqları aparan iranlı rəsmilərə qarşı sui-qəsd planları ilə bağlı yayılan məlumatları təkzib edərək, onları "saxta xəbər" və "reallığın tamamilə uydurma versiyası" adlandırıb.
Bakıvsxtı.az xəbər verir ki, daha əvvəl nəşrlər adları çəkilməyən Amerika rəsmilərinə istinadən İsrailin Vaşinqton və Tehran arasındakı münaqişəyə son qoymaq məqsədi daşıyan danışıqlarda iştirak edən İran nümayəndələrini aradan qaldırmağı düşündüyünü bildirmişdi.
Mümkün hədəflər arasında İranın xarici işlər naziri Abbas Əraqçi və ölkənin baş danışıqlar aparan nümayəndəsi, eyni zamanda parlamentin spikeri vəzifəsini icra edən Məhəmməd Bağer Qalibaf da var idi.
Məlumatlarda iddia edilirdi ki, bu cür planlar tərəflər arasında diplomatik həll cəhdləri fonunda müzakirə edilə bilərdi. Lakin İsrail ənənəvi olaraq regional münaqişələrdə qarşı tərəflərin nümayəndələrinə qarşı hədəfli zərbələr endirməkdə ittiham olunur.
Xüsusilə, onlar 2025-ci ilin sentyabr ayında İsrailin Dohada atəşkəs təklifini müzakirə etmək üçün HƏMAS nümayəndələrinə hücum etdiyi hadisəni misal gətiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 04 İyul 2026 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















