İsrail ittihamları rədd etdi
Icma.az bildirir, Modern.az portalına istinadən.
İsrail Ukraynanın “oğurlanmış taxıl”la bağlı ittihamlarına cavab verərək sübut tələb edib.
Modern.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar açıqlama verib.
Nazir bildirib ki, Ukraynanın iddiaları əsassızdır və rəsmi Təl-Əviv bu cür ittihamları qəbul etmir:
“Daha əvvəl də dediyim kimi, biz "Twitter diplomatiyası"nı rədd edirik və onun təsiri altına düşməyəcəyik. Ukraynalı dostlarımıza yenidən deyirik: əgər hər hansı oğurluq (taxıl) ilə bağlı sübutlarınız varsa, onları müvafiq kanallar vasitəsilə təqdim edin”.
O, əlavə edib ki, bu cür bəyanatları Ukrayna kimi dəstək göstərilən bir ölkədən eşitmək təəccüb doğurur: “Biz onları beynəlxalq platformalarda dəstəkləmişik, müxtəlif yollarla yardım etmişik, o cümlədən genişmiqyaslı humanitar dəstək göstərmişik. Son olaraq ötən qış elektrik generatorları təqdim olunmuşdu. Amma görünür, həyat belədir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 28 Aprel 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















