Kamboca bu ittihamları rədd etdi
Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.
Kamboca Tailand ordusunun sərhəd bölgəsində atəşkəsi pozmaq ittihamlarını rədd edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Kamboca Milli Müdafiə Nazirliyinin mətbuat katibi, general-leytenant Mali Soçit bununla bağlı açıqlama verib.
O qeyd edib ki, Kamboca Silahlı Qüvvələri Phnom Penh əmrlərinə və gecə yarısı qüvvəyə minən atəşkəs razılaşmasına ciddi şəkildə əməl edir.
Mətbuat katibi bildirib ki, Kamboca tərəfi Malayziyanın paytaxtında əldə olunmuş razılaşmalara riayət etmək və həyata keçirmək üçün öz üzərinə möhkəm öhdəlik götürüb.
Bundan əvvəl Tailand ordusu Kambocanı atəşkəsi pozmaqda ittiham edib.
Bu mövzuda digər xəbərlər:Kamboca atəşkəs təklifini qəbul etdi
26 İyul 2025 10:55
Prezident Kamboca Kralını təbrik etdi
09 Noyabr 2024 11:28
Tailand bu təklifi RƏDD ETDİ: Kamboca ilə döyüşlər davam edəcək? KONKRET
25 İyul 2025 15:56
Tailand Kamboca sərhədində atışma
08 Dekabr 2025 09:05
Kamboca Tailand sərhədi bağlandı
14 Dekabr 2025 01:15
Baxış sayı:173
Bu xəbər 29 İyul 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















