İsrail Livanı Bombaladı Cənuba Silsilə Zərbələr!
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Reyhan qəsəbəsi yaxınlığında və Livanın cənubundakı Mahmudiya bölgəsində bir sıra zərbələr endirib.
Redaktor.az xəbər verir ki, bu barədə Livanın milli agentliyi ''NNA'' məlumat yayıb.
“İsrail təyyarələri bu gün axşam saatlarında Reyhan qəsəbəsinin şərq kənarındakı Zağrin bölgəsinə hücum edərək, yer-hava tipli raket zərbələri endirib”, - deyə agentlik bildirib.
Həmçinin agentliyin məlumatına görə, Mahmudiyyə bölgəsindəki Hasbani çayının yatağı hava hücumlarına məruz qalıb. Livan hakimiyyəti dəfələrlə qeyd edib ki, İsrail atəşkəs razılaşmasına baxmayaraq, respublikanın suverenliyini sistematik şəkildə pozmaqda davam edir. İsrail qüvvələri Livanın cənubunda, Qacar kəndinin şimal hissəsi də daxil olmaqla, Livan hakimiyyətinin davam edən işğalı və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin pozulması kimi qiymətləndirdiyi beş strateji məntəqədə mövcudluğunu saxlayır.Aminə Şahsuvarqızı
Baxış sayı:123
Bu xəbər 28 Avqust 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















