İsrail Livanın cənubuna zərbələr endirdi
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrail ordusu Livanın cənub ərazilərini ağır artilleriyadan atəşə tutub.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrail ordusu Nəbatiyyə əl-Fövqə və Əli ət-Tahir yüksəkliyinə artilleriya zərbələri endirib. Qantara yaşayış məntəqəsində israillilər bir neçə evi yandırıblar. Əl-Mənsuri, Ət-Teybə kəndlərində və Kfar-Tibnit ətrafında isə idarəolunan partlayışlar vasitəsilə binalar uçurulub.
Həmçinin İsrail qoşunları Kfar-Şuba kəndinin kənarındakı Şmeys rayonunda yeni mövqe quraraq orada texniki avadanlıqlar quraşdırıblar.
Qeyd edək ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp Suriya Prezidenti Əhməd əş-Şaraa ilə görüşü zamanı keçirilən mətbuat konfransında İsrailin öz qoşunlarını Livanın cənubundan çıxarmağı planlaşdırdığına əminliyini ifadə etmişdi.
Lakin iyunun 27-də İsrailin müdafiə naziri İsrael Katz orduya Livanın cənubundakı təhlükəsizlik zonasında uzunmüddətli qalmağa hazırlaşmaq barədə göstəriş verdiyini bəyan etmişdi. Nazir bildirmişdi ki, hərbçilər özlərini müdafiə etmək və şimal məskənləri üçün təhlükələri aradan qaldırmaq iqtidarında olmalıdırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 30 İyul 2026 01:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















