Icma.az
close
up
RU
“İsrail nəhayət qəbul etməlidir ki, “iki dövlət həll prinsipi” yeganə çıxış yoludur” Qüdrət Həsənquliyev

“İsrail nəhayət qəbul etməlidir ki, “iki dövlət həll prinsipi” yeganə çıxış yoludur” Qüdrət Həsənquliyev

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Azərbaycan 142 dövlətlə birlikdə BMT Baş Məclisində Fələstin dövlətinin yaranmasına səsə verib. Bu gün isə Qatarda Azərbaycan Xarici İşlər naziri ərəb-islam dövlətlərinin sammitinə qatılacaq. Bu bizim İsraillə dostuq münasibətlərimizə ziyan vurmayacaq ki?
- Azərbaycan həmişə bəyan edib ki, biz İsrail-Fələstin münaqişəsinin iki dövlət həll prinsipini dəstəkləyirik, münaqişənin danışıqlar yolu ilə çözülməsinin tərəfdarıyıq. İsrail nəhayət qəbul etməlidir ki, münaqişəyə, terrora və nifrətə son qoyulması, dinc həyata keçilməsi üçün “iki dövlət həll prinsipi” beynəlxalq birliyin də qəbul etdiyi tək çıxış yoludur. Dünyanın aparıcı gücləri yeni müharibələrin qarşısını almaq üçün dərhal BMT Təhlükəsizlik Şurasında qərarların qəbulu və icrası qaydalarına yenidən baxmalıdrlar.
- İsrail niyə Fələstin dövlətinin yaranması ilə barışmır?
- Görünür, Fələstində terroru dəstəkləməyən, insan hüquq və azadlıqlarına hörmət edəcək sivil bir dövlətin yaranacağına inanmırlar. Amma bundan çıxış yolu var. Yeni yaranacaq dövlət ən azı 50 il müddətinə BMT Təhlükəsizlik Şurasının qərarı ilə demokratik ənənələrə sahib ABŞ-nin, yaxud Böyük Britaniyanın idarəetməsinə verilə bilər.
- Fələstindəki HƏMAS kimi silahlı qruplar və Fələstin administrasiyası bununla razılaşarmı?
- HƏMAS 2023-cü ilin 7 oktyabrında İsrailə hücum etməklə kütləvi şəkildə dinc insanlara, musiqi festivalına qatılan gənclərə qarşı elə ağır cinayətlər törədib ki, heç bir sivil ölkə bu qurumla, bu cür vəhşiliyi dəstəkləyənlərlə əməkdaşlığı özünə rəva bilməməlidir. Təəssüf ki, HƏMAS-ın terror təşkilatına xas olan hücumuna İsarilin cavab olaraq uşaqların, qadınların, dinc insanların ölümünə səbəb olan Qəzzaya endirdiyi zərbələrə də heç cür bəraət qazandırmaq olmaz. Əgər BMT Təhlükəsizlik Şurasında veto hüququ aradan qaldırılıb, qərarlar üçdə iki səs çoxluğu ilə qəbul olunarsa və qəbul olunmuş qərarların dərhal icrası üçün mexanizmlər yaradılarsa, dünyada bu cür zorakılıqların qarşısını almaq olar. Azərbaycan həmişə haqlını müdafiə edib, beynəlxalq hüquqa sayğı ilə yanaşıb. Biz dostlarımız haqlı olanda onları müdafiə edirik.
- Sammitin hansısa nəticələri ola bilərmi?
- Ciddi nəticələri olmayacaq. Heç kim İsraili dayandırmaq üçün İsrailə müharibə elan edə bilməz. Bu ABŞ-yə müharibə elan etmək olar. Həm də İsrail nüvə silahına, güclü müdafiə və hücum silahlarına malik orduya sahibdir. Gördünüz ki, bir neçə dövlətin hava məkanından keçərək F-35-lərlə Dohanı bombaladı, heç bir dövlətin radarları bunu qeydə ala bilmədi. İnkişaf etmiş Qərb ölkələrində güclü dayaqları var. Bəzi Qərb ölkələrinin hay-küyünə baxmayın. Onlar telefonla zəng edib deyirlər ki, biz bunu ictimaiyyəti sakitləşdirmək üçün edirik, işində ol. Ona görə İsraillə hədə-qorxu ilə danışmağın, onun hücumlarını pisləməyin, o cümlədən BMT Baş Məclisinin qərarlarının mənası yoxdur. Türkiyə, İran, Səduyyə Ərəbistanı, Misir, Pakistan, İndoneziya kimi islam dünyasının böyük dövlətləri təkəbbürü bir kənara qoyub, reallıqla barışmalı İsrailə müraciə etməli, onunla regionun təhlükəsizlik məsələlərini müzakirə etməlidirlər. Təkəbbür cəhənnəmə aparan yolun bələdçisidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Sentyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see447

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see280

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see190

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see159

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see149

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see141

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see139

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see135

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri