Icma.az
close
up
RU
İsrail ordusu Suriyada işğal etdikləri bölgədə “qeyri müəyyən müddətə” qalmaq niyyətindədir

İsrail ordusu Suriyada işğal etdikləri bölgədə “qeyri müəyyən müddətə” qalmaq niyyətindədir

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

İsrailin müdafiə naziri Yisrael Katz, İsrailin işğalı altında olan Suriya ərazisi olan Hermon dağının (Cebel əl-Şeyx) işğalının daimi olacağı mesajını təkrarlayıb və ordunun buna hazırlaşdığını bildirib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Cəbəl əl-Şeyxi ziyarət edən və İsrail dövlət televiziyası KAN-a danışan Katz, İsrailin işğal etdiyi Suriya ərazilərinə işarə edərək, “Biz burada qeyri-müəyyən müddətə qalırıq” deyib.

Katz, Suriyadakı son hadisələrə diqqət çəkərək, İsrailin təhlükəsizliyinə təhdidlər təsbit etdiklərini müdafiə etdi. Katz: “Biz Suriyada (İsrailin təhlükəsizliyinə) daha çox təhdidlər aşkar edirik”, - deyə o bildirib.

İsrail ordusunun işğalı davam etdirmək üçün hazırlıq gördüyünü deyən Katz, Suriya ərazisinin dərinliklərində İsrail ordusunun iki forpostu olduğunu etiraf edib. Nazir İsrail hava qüvvələrinin Suriyanın cənubunda silahlı ünsürlərin olmamasını təmin etmək üçün bölgədəki təxminən 40 hədəfə hücum etməyi təklif edib.

Suriyadakı druzları İsrail tərəfinə çəkmək üçün səylərini davam etdirən Katz: “Druzlara qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün tədbirlər görəcəyik”, - deyib.

Katz həmçinin daha əvvəl Qəzzada israilli məhbusların saxlandığı ərazilərə hücum planlaşdırıldığını, sonradan isə İsrailin məhbusların olduğu ərazilərə "heç vaxt" hücum etməyəcəyini və israilli məhbusların "müqəddəs" olduğunu deyib.

Digər tərəfdən, həftə sonu Suriyadan yüzə yaxın druz icmasının üzvlərinin İsrailə səfər edəcəyi bildirildi. İsrailə gələcək druzların dini səfər edəcəkləri və məzarları ziyarət edəcəkləri bildirilib.

Katzın daha əvvəl elan etdiyi suriyalı druzlara işlərinə görə işğal altındakı Qolan təpələrinə girmək üçün verilən icazənin yaxın günlərdə həyata keçiriləcəyi bildirilib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Mart 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri