İsrail Prezidenti Rubionun gözlənilən səfərindən danışdı
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ümid edirəm ki, Yaxın Şərqdə — Livan, Suriya, Qəzza və qonşularımız olan fələstinlilərlə sülh baxışını görə biləcəyik və terrorun bütün formalarına qarşı birlikdə mübarizə aparacağıq.
Bakıvaxtı.az xəbər verir ki, bunu İsrail Prezidenti İsxak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
İsrail Prezidenti bildirib ki, bunun üçün birbaşa təmas və dialoq vacibdir: “Çünki bir-biri ilə sıx bağlı olan 21-ci əsrin dünyasında əməkdaşlıq bir zərurətə çevrilib. Terror, aclıq, xəstəliklər və digər transmilli təhdidlər siyasi sərhədləri aşarkən, dünyada heç bir ölkə bu qlobal təhlükələrlə təkbaşına mübarizə apara bilməz. Habelə, heç bir ölkə təcrid olunmuş halda iqtisadi inkişafdan və texnoloji tərəqqidən faydalana bilməz”.
O qeyd edib ki, ABŞ Dövlət katibi Marko Rubionun Mərkəzi Asiya ölkələrinin liderləri və nümayəndələri ilə görüşmək üçün bu regiona gözlənilən səfəri çox vacibdir.
“Təklif edirəm ki, ortaq məxrəcə gəlməyə davam edək, bölünmə əvəzinə dialoqu, düşmənçilik əvəzinə əməkdaşlığı seçək. Bütün qonşu ölkələrə, bu regiondakı və Asiyadakı xalqlara bildirirəm ki, İsrail hər birinizlə əməkdaşlığı, tərəfdaşlığı və birgə inkişafı daha da genişləndirmək istəyir və buna can atır. Dünyada sülh arzumuza gəlincə, aydın olmalıdır ki, sülh terrorla yanaşı mövcud ola bilməz və əməkdaşlıq boykotlarla inkişaf edə bilməz”, - İsrail Prezidenti vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 15 Oktyabr 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















