Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

İsrail səfiri: Azərbaycanda hər kəs azad və xoşbəxt yaşayır

İsrail səfiri: Azərbaycanda hər kəs azad və xoşbəxt yaşayır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 30 aprel, AZƏRTAC

İsrail Dövlətinin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Kraus “İsraildə Azərbaycan Evi” diaspor qurumunun, İsraildəki Dağ Yəhudilərinin Koordinasiya Mərkəzinin və Akko şəhəri Dağ Yəhudiləri İcmasının qonağı olub.

“İsraildə Azərbaycan Evi”ndən AZƏRTAC-a verilən məlumata görə, görüş Azərbaycan və İsrail arasında ictimai-siyasi əlaqələrin möhkəmləndirilməsi, hər iki xalq və dövlət arasında dostluq, müttəfiqlik və qardaşlıq münasibətlərinin daha da dərinləşdirilməsinə həsr olunmuş dəyirmi masa formatında keçirilib.

Akko şəhəri Dağ Yəhudiləri İcmasının sədri Nexamiya Şirin Mixaeli Azərbaycan və yəhudi xalqları arasında min illərə dayanan dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. O deyib: “Azərbaycan dünyada yeganə ölkədir ki, burada heç zaman antisemitizm halları müşahidə olunmayıb, yəhudilərlə yanaşı, bütün millətlərin nümayəndələri azad və xoşbəxt şəkildə yaşayırlar. Bütün inanclar bu ölkədə azaddır. Xüsusilə, Azərbaycan və yəhudi xalqları min illərdir qohumlaşmış və qardaşlaşmış xalqlardır. Ən çətin dövrlərdə belə bir-birinə dayaq olublar və bu münasibətlər əsrlərin sınağından keçmiş qardaşlıq nümunəsidir”.

Onun sözlərinə görə, Azərbaycanda insan hüquqları, beynəlxalq qanunlar, fundamental azadlıqlar və dini etiqad azadlığı yüksək səviyyədə qorunur. Bu baxımdan Azərbaycan bütün dünyaya nümunə ola biləcək bir ölkədir. Azərbaycandakı tolerantlıq və multikulturalizm ənənələri dünya miqyasında nadir rast gəlinən bir dəyərdir.

İsrail Müdafiə Nazirinin müşaviri, Dağ Yəhudilərinin Parlament Lobbisinin baş direktoru, Qafqaz Yəhudilərinin Ümumi İsrail Birliyinin sədri, Ümumdünya Dağ Yəhudiləri Konqresinin vitse-prezidenti Pavel Elizarov qeyd edib ki, Azərbaycan İsrailə ən yaxın və doğma ölkədir. Hazırda hər iki ölkə arasında qardaşlıq münasibətləri hökm sürür. Dünyada Azərbaycan və İsrail qədər bir-birinə yaxın ölkə tapmaq çətindir. Azərbaycan xalqı da İsrail xalqı üçün doğma və əzizdir. Yəhudilərə göstərilən hörmət və ehtiram, xüsusilə Prezident İlham Əliyevin bu xalqa göstərdiyi diqqət və qayğı yüksək dəyərləndirilir. Bütün dünya Azərbaycan dövlətindən və Prezidentindən nümunə götürməlidir. Azərbaycandakı sabitlik və təhlükəsizlik Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətin nəticəsidir.

Görüşdə digər çıxış edənlər də Azərbaycandakı tolerantlıq mühitindən danışıblar. Bildirilib ki, Azərbaycan və yəhudi xalqları əsrlər boyu qardaşlıq və mehribanlıq şəraitində yaşayıblar.

Daha sonra çıxış edən səfir Ronen Kraus 2011-ci ildə Bakıda İsrail səfirliyində müşavir kimi fəaliyyət göstərdiyi dövrü xatırlayaraq, Azərbaycan xalqının qonaqpərvərliyi və ali dəyərlərə sadiqliyindən danışıb. Bildirib ki, bu ölkədə hər kəs azad və xoşbəxt yaşayır. O, ölkəmizdəki müsbət təəssüratlarını tədbir iştirakçıları ilə bölüşərək qeyd edib ki, həmin illərdə Azərbaycan xalqının insani keyfiyyətlərini yaxından müşahidə edib. Səfir əmin olduğunu bildirib ki, bundan sonra də Azərbaycan–İsrail münasibətləri yüksələn xətlə inkişaf edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri