İsrail və Yunanıstan klublarından imtina etdi, “Qarabağ”la müqavilə bağladı
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Qarabağ”ın yeni transferi Joni Montiel Azərbaycana gəlməmişdən əvvəl bir neçə klubun təklifindən imtina edib.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, ispan yarımmüdafiəçiyə “Makkabi” (Tel-Əviv) və “Aris”dən (Limassol) rəsmi təklif gəlib.
Lakin 26 yaşlı vinger Azərbaycan klubuna görə həm bu klublardan, həm də İspaniya 2-ci liqasından gələn təklifləri geri çevirib.
Montiel avrokuboklardakı stabil çıxışı və oyun stilinə görə “Qarabağ”da oynamağa üstünlük verib.
Onunla 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.
26 yaşlı sol vinger “Rayo Valyekano”nun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib.
Joni klubda keçirdiyi 10 ildə icarə əsasında “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos” klublarında icarədə olub.
O, İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib. Qeyd edək ki, “Qarabağ” bundan əvvəl Dani Bolt, Pedro Bikalyo, Kris Kuakunu və Sami Mmaeni heyətinə qatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 09 Avqust 2025 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















