Icma.az
close
up
RU
İsraildə gərginlik: Onlarla yəhudi hərbi obyektə hücum etdi Həbc edilənlər var...

İsraildə gərginlik: Onlarla yəhudi hərbi obyektə hücum etdi Həbc edilənlər var...

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsraildə məcburi hərbi xidmət ətrafında yaranan qarşıdurma yenidən alovlanıb. Ultraortodoks yəhudilər Bney-Brak şəhərində İsrail ordusunun hərbi qulluqçular üçün nəzərdə tutulan təlim proqramının yerləşdiyi binaya zorla daxil olmağa çalışıblar. Polis iki nəfəri saxlayıb.

Moderator.az xəbər verir ki, bu barədə İsrailin "The Times of Israel" və "The Jerusalem Post" nəşrləri, Qətərin "Əl-Cəzirə" kanalı, eləcə də Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, oktyabrın 14-də onlarla ultraortodoks kişi və yeniyetmə Bney-Brak şəhərində yerləşən binaya daxil olmağa cəhd göstərib. Həmin binada İsrail Müdafiə Nazirliyinin himayəsində fəaliyyət göstərən və ultraortodoks yəhudilərin hərbi xidmətə hazırlanmasını nəzərdə tutan “Kodkod” proqramı yerləşir.

İnsident zamanı etirazçıların bir hissəsi binaya daxil ola bilib. Onların qapılara zərər vurduğu, lakin hərbi qulluqçuların yerləşdiyi sahəyə çatmadığı bildirilir. Polis və mühafizə əməkdaşları etirazçılarla qarşıdurmaya girib. Nəticədə iki nəfər saxlanılaraq dindirilmək üçün polis bölməsinə aparılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, hadisə sonradan nəzarətə götürülüb. İnsident nəticəsində xəsarət alanların olması barədə məlumat yayılmayıb.

Bəs qarşıdurmanın səbəbi nədir?

Gərginliyin əsas səbəbi İsraildə ultraortodoks yəhudilərin hərbi xidmətə çağırılması ilə bağlı uzun müddətdir davam edən mübahisədir. Dindar icmanın bir hissəsi hərbi xidmətin dini həyat tərzinə və Tövratın öyrənilməsinə mane olduğunu əsas gətirərək orduya getməyə qarşı çıxır.

“Kodkod” proqramı isə əsasən 23 yaşdan yuxarı, döyüş xidmətinə uyğun olmayan ultraortodoks kişilərin proqram təminatı, kiber-təhlükəsizlik və digər texnoloji istiqamətlər üzrə hazırlanaraq İsrail ordusunda xidmət etməsinə imkan yaradır.

İsrail mətbuatının yazdığına görə, hərbi xidmətə qarşı çıxan bəzi ultraortodoks qruplar bu proqramı da qəbul etmir. Onların etirazı yalnız döyüş xidmətinə deyil, dindar kişilərin hərbi sistemə və müasir əmək bazarına inteqrasiyasına qarşı mövqeləri ilə də əlaqələndirilir.

İsraildə hərbi xidmət böhranı dərinləşir

Ultraortodoks yəhudilərin hərbi xidmət məsələsi ölkənin ən mübahisəli siyasi və ictimai problemlərindən birinə çevrilib. İsrail Ali Məhkəməsi 2024-cü ildə dini məktəblərdə təhsil alan ultraortodoks kişilərin kütləvi şəkildə hərbi xidmətdən azad edilməsinə hüquqi əsas olmadığını bildirən qərar qəbul edib.

Bununla yanaşı, hökumətin hərbi xidmətlə bağlı güzəştləri qorumaq cəhdləri siyasi mübahisələri daha da gücləndirib. İsrail ordusunun canlı qüvvə ehtiyacının artması fonunda hərbi xidmət keçən vətəndaşlarla çağırışdan yayınanlar arasında narazılıq da dərinləşir.

"The Times of Israel" nəşrinin məlumatına görə, İsraildə 18–24 yaş aralığında olan təxminən 80 min ultraortodoks kişi hərbi xidmətə uyğun hesab edilsə də, orduya qoşulmayıb. Bu rəqəm nəşrin istinad etdiyi təxminlərə əsaslanır.

Bney-Brakda baş verən son hadisə göstərir ki, hərbi xidmət ətrafında yaranan mübahisə artıq siyasi debatlarla məhdudlaşmır, küçə qarşıdurmalarına və hərbi obyektlərə müdaxilə cəhdlərinə də yol açır.

Redaksiya qeydi:

"Əl Cəzirə"nın 15 oktyabr tarixli materialında hadisə “hərbi bazaya hücum” kimi təqdim edilsə də, İsrail nəşrlərinin ətraflı məlumatına görə, insident Bney-Brakda hərbi təlim proqramının yerləşdiyi ofis binasında baş verib. Buna görə xəbərdə hadisənin mahiyyətini daha dəqiq ifadə edən “hərbi obyektə müdaxilə cəhdi” formasından istifadə olunub.

S.Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Oktyabr 2026 07:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri