Icma.az
close
up
RU
Alen Delonla bağlı şok iddialar: Bütün sirlər açıldı KONKRET

Alen Delonla bağlı şok iddialar: Bütün sirlər açıldı KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransada nəşr olunan yeni bir kitab artıq geniş ictimai rezonans doğurub. Məşhur fransız aktyoru Alen Delonun keçmiş həyat yoldaşı Rozali van Breemen “Amour fou” (“Dəli məhəbbət”) adlı memuarlarını nəşr etdirərək, aktyorla uzun illər davam edən münasibətlərinin pərdəarxası məqamlarını açıqlayıb.

Niderland əsilli model və jurnalist Rozali van Breemen 1987–2002-ci illərdə, təxminən 15 il Alen Delonla birlikdə yaşayıb. Bu münasibətdən onların iki övladı dünyaya gəlib: Anuşka və Alen-Fabien.

Lakin Rozalinin sözlərinə görə, kənardan romantik görünən bu münasibətin arxasında ağır sınaqlar, aqressiv davranışlar və fiziki zorakılıq halları dayanıb.

Müəllif kitabında iddia edir ki, Alen Delon bipolyar pozuntudan əziyyət çəkib. Onun sözlərinə görə, aktyora bu diaqnoz rəsmi şəkildə qoyulmayıb. Rozali memuarlarında aktyorun kəskin əhval dəyişikliklərindən, qəzəb tutmalarından və dağıdıcı davranışlarından bəhs edir.

Kitabda yer alan ən sarsıdıcı iddialar isə bunlardır:

– Rozalinin iddiasına görə, Delon iki dəfə onun burnunu sındırıb. Bu hadisələrdən birinin hətta eyni gün ərzində baş verdiyi bildirilir. – O, aktyorun bıçaq və odlu silahla hədələdiyi halları xatırlayır. – Memuarlarda Delonun əşyaları və qab-qacağı yerə çırpması, təhqiramiz ifadələr işlətməsi, aqressiv davranışlar sərgiləməsi kimi epizodlar təsvir olunur. – Rozali tibbi yardım üçün müraciət etdiyini, ehtimal olunan hücumlardan birindən sonra jandarmaya şikayət etmək istədiyini, lakin müraciətinin qəbul olunmadığını da iddia edir.

Müəlif uzun müddət susmağa üstünlük verdiyini bildirir. O, bu hadisələr barədə aktyorun ölümündən iki ildən çox vaxt keçdikdən sonra danışmağa qərar verib. Qeyd edək ki, Alen Delon 2024-cü il avqustun 18-də vəfat edib.

“Amour fou” kitabı 2026-cı il noyabrın 12-də “Robert Laffont” nəşriyyatında işıq üzü görüb.

Ekrandakı əfsanə və pərdəarxasındakı insan

Bu memuarların nəşri bir daha məşhurların ictimaiyyət qarşısında formalaşan obrazı ilə onların şəxsi həyatında baş verənlər arasındakı fərq məsələsini gündəmə gətirib.

Xüsusilə vurğulamaq lazımdır ki, kitabda yer alan məlumatlar Rozali van Breemenin şəxsi ifadələri və iddialarıdır. Onlar məhkəmə tərəfindən təsdiqlənmiş faktlar kimi təqdim edilməməlidir.

Fransız ictimaiyyətinin bu açıqlamaları necə qarşılayacağı və yeni memuarların Avropa kinosunun ən məşhur simalarından biri olan Alen Delonun irsinə necə təsir göstərəcəyi isə zamanla bəlli olacaq.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Noyabr 2026 00:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see290

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see285

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see248

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see234

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see232

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see231

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see230

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see229

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see221

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see219

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see215

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see212

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see204

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see191

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see191

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see186

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see185

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri