Ukrayna cəbhədə hər gün mindən çox robotdan istifadə edir
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Ukrayna hərbçiləri cəbhədə qumbaraatanlar, partlayıcı maddələr və hətta tankəleyhinə silahlarla təchiz edilmiş döyüş robotlarından getdikcə daha çox istifadə edirlər.
Bu barədə "Bild"ə istinadən UNİAN məlumat yayır.
Qeyd olunur ki, hər gün döyüş əməliyyatları bölgəsində təxminən min robot fəaliyyət göstərir. Məqalədən məlum olur ki, oktyabrın sonlarında Liman rayonunda robotlar hətta piyadaların müşayiəti olmadan Rusiya mövqelərinə hücum ediblər. Nəşrin məlumatına görə, bu cür aparatlar onlara "göz" kimi xidmət edən və bəzən hətta onları cəbhə xəttinin arxasına daşıyan uçan pilotsuz aparatlarla qarşılıqlı əlaqədə olurlar.
"Ukrayna hazırda hərbi yerüstü robotların tətbiqində lider mövqelərə sahibdir… Bu cür qarşılıqlı fəaliyyət hərbi sahədə tamamilə yeni imkanlar açır", – ECFR-in hərbi eksperti Ulrike Franke bildirib.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, oktyabr ayında yerüstü robotlaşdırılmış komplekslər 31 398 logistik və təxliyə əməliyyatı həyata keçirib. Müqayisə üçün: yanvar ayında belə tapşırıqlar əhəmiyyətli dərəcədə az olub – 7 511.
Eyni zamanda, bu robotların əksəriyyəti hələ ki bilavasitə döyüş əməliyyatlarına cəlb olunmur. Frankenin izah etdiyi kimi, onlardan əsasən yüklərin daşınması, həmçinin yaralı və həlak olmuş hərbçilərin təxliyəsi üçün istifadə edilir.
Yerüstü robotların zəif nöqtələrindən biri düşmənin boğa biləcəyi radioəlaqə olaraq qalır. Operatorla daimi əlaqədən asılı qalmamaq üçün bu cür maşınlar getdikcə daha çox süni intellektdən istifadə edir və ayrı-ayrı tapşırıqları müstəqil şəkildə yerinə yetirirlər. /"Report"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 15 Noyabr 2026 00:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















