İsraildə həbsxanaların mühafizəsi TİMSAHLARA tapşırılacaq
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsraildə məhkumların qaçmasının qarşısını almaq üçün qeyri-adi təhlükəsizlik tədbirinin tətbiqi planlaşdırılır.
Bizim.Media xəbər verir ki, yerli mətbuatın yaydığı məlumata görə, ölkədə həbsxanaların mühafizəsinə timsahlar cəlb edilə bilər.
Yeni qərara əsasən, İsrail Həbsxana Xidmətinə (IPS) xüsusilə milli təhlükəsizlik əleyhinə cinayətlərdə ittiham olunan və ağır cəza çəkən məhbusların saxlanıldığı cəzaçəkmə müəssisələrinin ətrafında timsahların yerləşdirilməsinə icazə veriləcək.
Məlumata görə, bu qeyri-adi təhlükəsizlik sisteminin sınaqdan keçirilməsi üçün ilkin pilot layihənin ölkənin ən böyük həbsxanalarından biri olan "Ketsiot" cəzaçəkmə müəssisəsində reallaşdırılması gözlənilir. Layihə çərçivəsində həbsxana divarlarının ətrafında timsahlarla dolu xüsusi su xəndəklərinin yaradılması nəzərdə tutulur.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 18 İyul 2026 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















