İsraildə nazirlərə WhatsApp dan istifadə qadağan edildi
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrailin daxili təhlükəsizlik xidməti ŞABAK (Şin Bet) bu gün bütün hökumət üzvlərinə – nazirlərə – ictimai yerlərə çıxmağı və "WhatsApp" messencerindən istifadəni qadağan edib.
Bu barədə "New militarycolumnist" məlumat yayıb.
Məlum qərar İrana qarşı həyata keçirilən hərbi əməliyyatlardan sonra təhlükəsizlik səviyyəsinin kəskin yüksəlməsi ilə əlaqələndirilir.
Mənbələrin məlumatına görə, bu fövqəladə qadağalar mümkün hücum risklərini və məlumat sızmalarını önləmək məqsədi daşıyır. Nazirlərin şəxsi təhlükəsizliyi ilə yanaşı, dövlət sirrinin qorunması da əsas prioritetlər sırasındadır.
İctimai yerlər dedikdə, kütləvi toplaşma məkanları, restoranlar, tədbirlər və ictimai nəqliyyat nəzərdə tutulur. Qadağanın müddəti hələlik gizli saxlanılır, lakin ehtimal edilir ki, təhlükə səviyyəsi azalana qədər qüvvədə qalacaq.
Bundan əlavə, nazirlərə WhatsApp-dan istifadə etməmək tapşırılıb, çünki bu platformada məlumatların təhlükəsizliyinə dair şübhələr mövcuddur. Rəsmi yazışmalar və əlaqə üçün alternativ, daha təhlükəsiz kanallar istifadəyə verilib.
Baxış sayı:98
Bu xəbər 13 İyun 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















