Icma.az
close
up
RU
İsraildə Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin 140 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib

İsraildə Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin 140 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

İsrailin Afula şəhərində Azərbaycan bəstəkarlıq məktəbinin banisi, musiqişünas-bəstəkar, elm xadimi Üzeyir Hacıbəyli və görkəmli bəstəkar, dirijor Müslüm Maqomayevin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirilib. Tədbir həmin ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Afula Bələdiyyəsinin Absorbsiya İdarəsinin dəstəyi ilə baş tutub. 

Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilən yubiley gecəsi Azərbaycanın qədim musiqi janrlarından olan muğamla tanışlıqla başlayıb. Gecədə iştirak edən dünya şöhrətli rusiyalı musiqişünas, “Rus naxışları” Moskva vilayət Filarmoniyasının Dövlət Akademik Orkestrinin bədii rəhbəri və dirijoru İlya Yakovleviç Reybarx iki saatlıq mühazirə ilə çıxış edib. O, muğamın Azərbaycanda qorunub saxlanılan orijinal xalq musiqi janrı olduğunu bildirib. İlya Reybarx muğamın Azərbaycan operası da daxil olmaqla, milli musiqimizin əsasını təşkil etdiyini, eyni zamanda  xalqımızın mənəvi və mədəni dəyərlərindən olduğunu diqqətə çatdırıb. Ardınca, muğam sənətimizin inkişafında mühüm rol oynayan məşhur azərbaycanlı xanəndələrin ifasında muğam nümunələrinin səsyazmaları təqdim olunub.

Sonra İlya Reybarx Üzeyir Hacıbəyli və Müslüm Maqomayev yaradıcılığının Azərbaycan milli musiqi mədəniyyətinin inkişafındakı müstəsna rolu haqqında danışıb. O, dünya şöhrətli azərbaycanlı bəstəkarlar – Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Niyazi haqqında da məlumat verib və onların əsərlərinin illərdir dünya səhnələrində səsləndirildiyini qeyd edib. Çıxışında Müslüm Maqomayevin nəvəsi – Azərbaycanın və SSRİ-nin Xalq artisti, məşhur vokal ifaçısı Müslüm Maqomayevin yaradıcılığına da yer ayırıb. Tədbir iştirakçıları müğənninin böyük babası ilə eyni adı daşımasını maraqlı fakt kimi qarşılayıblar. 

Ədəbi-musiqili gecədə klassik Azərbaycan musiqisinin zənginliyini nümayiş etdirən “Leyli və Məcnun”, “İldırımlı yollarla”, “Min bir gecə”, “Məhəbbət əfsanəsi” kimi məşhur əsərlərdən parçalar, eləcə də “Koroğlu” operasının uvertürası səsləndirilib.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see410

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see220

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see202

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see153

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see151

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see150

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see141

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see136

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see134

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri