Icma.az
close
up
RU
“İsrailin gerçək hədəfi budur: Tezliklə şahidi ola bilərik” Azərbaycan detalı

“İsrailin gerçək hədəfi budur: Tezliklə şahidi ola bilərik” Azərbaycan detalı

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyanın nüfuzlu media orqanlarından “CBS Nyus”un yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp İsrailin İranın Ali rəhbəri Ayətullah Əli Xameneini öldürmək planını rədd edib. Məlumata görə, Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya bu cür sui-qəsdin “yaxşı fikir olmadığını” bildirib. İsrail tərəfi isə veto iddialarını təkzib edib.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimovun sözlərinə görə, Netanyahu dolayı şəkildə Trampın İsrailə yol göstərmək səlahiyyətində olmadığını vurğulamağa çalışıb:

“Netanyahu, eyni zamanda, Trampla aralarında gedən gizli mübarizənin bəzi detalları üzə çıxarır. Kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, Tramp İsrailə İrana hücumla bağlı razılıq verməyib. Netanyahunun son bəyanatları isə bu məlumatların doğru ola biləcəyini göstərir. Belə ki, Trampın etirazına baxmayaraq, Netanyahu İrana hücumu həyata keçirib. Tramp və onun komandası sonradan bu hücum barədə məlumatlı olduqlarını bəyan etmək məcburiyyətində qalıblar. Əks halda, İsraillə ABŞ arasında mövcud gərginlik daha da dərinləşə bilərdi.

Amma daha maraqlı məqam İsrailin növbəti hədəfinin məhz İranın Əli Xamenei olması ehtimalıdır. Trampın Netanyahuya bu istiqamətdə qadağa qoyması haqda məlumatın mətbuata sızdırılması, əslində, İranın sayıqlığını azaltmaq məqsədi daşıya bilərmi?

Əlimusa İbrahimov

İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar nə qədər gözlənilməz və sarsıdıcı olsa da, İranın cavab olaraq atdığı raketlərin yaratdığı dağıntı və itkilər gözləniləndən daha ciddi oldu. İsrail ABŞ-ın dəstəyi ilə bu raket və dronların yolun yarısında zərərsizləşdiriləcəyinə ümid edirdi. Lakin hücumlar və mövcud müdafiə sistemləri İranın əks-zərbələrinin qarşısını tam ala bilmədi. Nəticədə, İran da – İsrail qədər olmasa belə – öz hərbi gücünü və müdafiə imkanlarını göstərərək İsrailin şəhərlərinə zərbələr endirdi, mülki itkilərə səbəb oldu”.

Politoloq qeyd edib ki, belə vəziyyətdə İranı yalnız Ali rəhbərin, yaxud ondan sonrakı şəxsin, yəni Prezidentin zərərsizləşdirilməsi dayandıra bilər:

“Məhz buna görə bu gün İsrailin hədəfində məhz Ayətullah Xameneinin olması daha real görünür. Çünki Prezident Məsud Pezeşkianın hədəf alınması İsrail üçün arzuolunan nəticəni verməyə bilər. Üstəlik, İsraillə yaxın münasibətlərə malik olan Azərbaycanın ictimai rəyində bu, narazılıq doğurar.

Beləliklə, yaxın günlərdə İranın Ali rəhbəri Ayətullah Əli Xameneinin iqamətgahının İsrailin raket zərbəsinə məruz qalmasının şahidi ola bilərik. Onun bu zərbələrdən sağ çıxıb-çıxmaması isə təhlükəsizliyinin hansı səviyyədə qorunduğundan asılı olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 İyun 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri