İsrailin Qəzzaya hücumları nəticəsində ölən jurnalistlərin sayı 254 ə yüksəldi
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında öldürülən jurnalistlərin sayının 254-ə yüksəldiyi bildirilir.
Turkustan.az xəbər verir ki, hökumətin Qəzza Media Ofisindən edilən şərhdə, İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda həyatını itirən jurnalistlərlə bağlı son məlumatlar paylaşıldı.
Jurnalistlər Yəhya Bərzəq və Sami Davudun İsrailin hücumlarında həyatını itirdiyinə diqqət çəkən açıqlamada, İsrailin Qəzza zolağında müharibəyə başladığı 7 oktyabr 2023-cü ildən bu yana öldürülən jurnalistlərin sayının 254-ə çatdığı bildirilib .
Açıqlamada Sami Davudun Qəzzada “Rəvafid” televiziya kanalında işlədiyi, Yəhya Bərzəqin isə bir neçə media orqanında çalışarkən həyatını itirdiyi barədə məlumatlar yer alıb.
Bəyanatda İsrail ordusunun Qəzza zolağında jurnalistləri sistemli şəkildə hədəfə alması pislənilib və ərəb və beynəlxalq jurnalist birliklərindən İsrailin jurnalistlərə qarşı sistematik cinayətlərini pisləməyə çağırılıb.
Bəyanatda həmçinin beynəlxalq ictimaiyyətdən Qəzzada atəşkəsin təmin edilməsi, mülki vətəndaşların və jurnalistlərin müdafiəsi tələb olunub.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 01 Oktyabr 2025 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















