“İsrailin qırğınlarına susmaq bu cinayətə ortaq olmaq deməkdir”
Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qlobal vicdanı və ədaləti ən çox incidən məsələlərdən biri də Fələstində, xüsusən də Qəzzada olan zülmdür”.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 4-cü Antalya Diplomatik Forumunun rəsmi açılış mərasimində çıxış edən zaman deyib.
“İsrail son bir il yarımdır ki, Fələstin xalqına qarşı açıq-aşkar soyqırım törədir, ən elementar insan haqlarına məhəl qoymur və beynəlxalq hüququ tapdalayır. Buna qarşı səsimizi ucaltmaq, bu zülmə etiraz etmək, ona ən sərt reaksiyanı vermək təkcə bizim qardaşlıq borcumuz deyil, həm də insani borcumuz”, - deyə siyasətçi vurğulayıb.
Ərdoğan qeyd edib ki, İsrailin qırğınlarına susmaq bu cinayətə ortaq olmaq deməkdir.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 11 Aprel 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















