Icma.az
close
up
RU
İsrailin Suriya planları: Türkiyənin hərbi toqquşmaya girəcəyi istisna edilmir...

İsrailin Suriya planları: Türkiyənin hərbi toqquşmaya girəcəyi istisna edilmir...

Icma.az bildirir, Sitat.info portalına istinadən.

"İsrailin Suriyaya hücumu, bu ölkənin Qəzzaya və ya İrana hücumları ilə eyni olmayacaq, bölgəni daha çox qarışdıracaq".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan  Şahinoğlu deyib.

O bildirib ki, Suriyaya hücum beynəlxalq aləmdə daha ciddi müqavimətlə qarşılaşa bilər: İsrail İrana hücum edəndə, bunu bir çox dövlət pisləsə də,  prosesə qarışmadı. Çünki İran nüvə silahı əldə etməyə çalışırdı, proksi qüvvələri dəstəkləyirdi, bu da beynəlxalq aləmdə narazılıq doğururdu. Amma Suriya fərqli bir məsələdir. Çünki Suriyada hakimiyyət dəyişikliyi baş verib. Suriyanın yeni hakimiyyəti bir çox yaxşı münasibətlər qurub. Söhbət təkcə Türkiyə, Azərbaycan və digər qonşu dövlətlərdən getmir, Suriyanın keçici rəhbəri Əhməd Əş-Şara hətta Avropa və Amerika Birləşmiş Ştatları ilədə yaxşı əlaqələr qurmağa müvəffəq olub".

Politoloq Türkiyə ilə İsrailin hərbi toqquşmaya girəcəyini istisna etmir: "Belə bir ərəfədə İsrailin Əhməd əş-Şaranı öldürmək istəməsi, Suriyaya müdaxiləsi, əlbəttə, bölgəni daha çox qarışdıracaq. Türkiyə də proseslərdən kənarda qala bilməyəcək. Bu Türkiyə ilə İsrailin birbaşa toqquşmasına gətirib çıxara bilər. Təsadüfi deyil ki, Dəməşqin bombalanması tək Türkiyə və digər ərəb dövlətlərində deyil, eləcə də Amerika Birləşmiş Ştatlarda narazılıq doğurdu və dərhal prosesə Ağ Ev administrasiyası qarışdı və İsraildən atəşi dayandırmağı tələb etdi".

E.Şahinoğlunun fikrincə, ümumi vəziyyət Suriyadakı daxili vəziyyətdən də çox asılıdır: "Çünki İsrail druzlara dəstək bəhanəsi ilə Suriyaya müdaxilə etmək istəyir və yaxud Dəməşqi bombalayır. Ona görə Əhməd əş-Şara  gərək ölkədə sabitlik yaratsın. Druzlarla bağlı anlaşmazlıqlar da ortadan qaldırılsın. İndi  atəşkəs elan olunub, amma Suriyada müxtəlif millətlər, müxtəlif etnik qruplar var ki, onlarla ümumi dil tapmağa çalışmalıdır.   Əslində Əhməd əş-Şara bu istiqamətdə müəyyən addımlar   atmışdı. Yəni Suriya rəhbərliyi İsrailin növbəti müdaxiləsinə bəhanə verməmək üçün druzlarla bağlı çox həssas siyasət yürütmək məcburiyyətindədir".  

Aytac,

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sitat.info
archiveBu xəbər 18 İyul 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri