İsraillə bağlı siyahı yayıldı: İnanılmaz Türkiyə detalı FOTO
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin ötən il İsrailə ən çox mal satan ölkə olması sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. İlk üçlüyə Çin, ABŞ və Almaniyanın rəhbərlik etdiyi bildirilib. Lakin rəsmi Ankaranın, nəinki 5-ci sırada yer tutması, ümumiyyətlə, siyahıda olması təəccüb doğurub. Hətta tərəflər arasında yaşanan siyasi-diplomatik gərginliyə görə statistika real görünməyib.
Türkiyə və İsrail arasında iqtisadi gedişat siyasi proseslərə təsir göstərə bilərmi?
Globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirov xatırladıb ki, 2024-cü ildə Türkiyə İsrailə 2,9 milyard dollara yaxın məhsul satıb:
Eldəniz Əmirov
“Bu, böyük və əhəmiyyətli ikitərəfli əlaqələrin mövcud olduğunu göstərir. Ümumiyyətlə, siyasət və iqtisadiyyat bəzi hallarda fərqli mənzərə ortaya qoyur. Siyasi proseslər müəyyən mərhələlərdə dayana bilsə də, iqtisadi maraqlar bütün münasibətlərdən öndə gəlir. İqtisadi baxımdan güclü əlaqələri olan ölkələrin qarşılıqlı ittihamlarını ciddi qəbul etmirəm, çünki dünyanı bu maraqlar idarə edir. Düşünürəm ki, iqtisadi əlaqələr yüksək səviyyədə olduqda, siyasi qarşıdurmalar adətən qısamüddətli olur”.
Ləman Hüseynzadə
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 02 İyun 2025 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















