Icma.az
close
up
RU
İsraillə İran arasında gərginlik artır: Rəhbər şəxslərin də hədəf alınması mümkündür

İsraillə İran arasında gərginlik artır: Rəhbər şəxslərin də hədəf alınması mümkündür

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrailin kəşfiyyat xidməti "Mossad"ın fars dilində sosial şəbəkə hesabında yayımlanan paylaşımı diqqət çəkib. Paylaşımda "Xüsusi sehrli əməliyyatlar dəstəmiz hərəkətə keçdi. Hədəf: Seyid Əbdürrəhim Musəvi" ifadəsi yer alıb.

Qeyd edək ki, Musəvi İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisidir. Onun hədəf alınması və ictimailəşməsi bölgədə yeni hücum əlaməti kimi qiymətləndirilir. Bu isə regional təhlükəsizlik vəziyyətinin yenidən gərginləşə biləcəyinə işarədir. İranın hərbi rəhbərliyinə yönəlik hər hansı əməliyyat böyükmiqyaslı siyasi və hərbi reaksiyalara səbəb ola bilər. Bu, həm də İsraillə İran arasında davam edən qarşıdurmanın daha da dərinləşməsi riskini daşıyır.

Mövzunu Oxu.Az-a dəyərləndirən siyasi şərhçi Oqtay Qasımovun sözlərinə görə, İranla İsrail arasında gərginlik davam edəcək:

"Görürən odur ki, tərəflər növbəti toqquşmaya hazırlaşırlar. Həm İsrail, həm də İran tərəfindən verilən açıqlamalar da bundan ibarətdir. Bir müddət əvvəl İsrail müdafiə nazirinin İranın ali liderini hədəf alan bəyanatını da xatırlamaq yerinə düşər. İndi "Mossad"ın bu açıqlaması da onu deməyə əsas verir ki, İsrail yenidən 12 günlük müharibədə olduğu kimi İran ərazilərinə zərbə endirərkən konkret kimləri hədəf alacağını konkretləşdirib. Hesab edirəm ki, belə bir əməliyyat olacaqsa, bu dəfə yalnız hərbi deyil, eyni zamanda, siyasi və dövlət rəhbərliyində olan şəxslərin də hədəf alınması mümkündür".

"Mossad"ın bu bəyanatı, eyni zamanda, bir hibrid savaşın tərkib hissəsi kimi dəyərləndirilə bilər. Bununla faktiki olaraq psixoloji təzyiq elementləri önə sürülüb və hədəflər açıqlanıb. Amma bütün hallarda İsraillə İranın daha bir toqquşmasın olacağı istisna deyil. Çünki tərəflər arasında münasibətlər hələ də tam şəkildə çözülməyib və tərəflər bir-birinə əvvəlki dövrlərdə olduğu kimi təhdid etməyə davam edirlər", - şərhçi əlavə edib.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Sentyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri