İstanbul bələdiyyəsi ilə bağlı istintaq çərçivəsində 12 şirkətin hesablarına həbs qoyulub
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
İstanbul Baş Prokurorluğunun Böyükşəhər Bələdiyyəsinə qarşı başladığı korrupsiya istintaqı çərçivəsində həbs edilən 14 şübhəliyə aid olduğu təsbit olunan daha 12 şirkətin hesablarına həbs qoyulub.
"Report” xəbər verir ki, bu barədə "Haber Global” məlumat yayıb.
Bildirilib ki, Murat Kapkı, Serhat Kapkı, Murat İlbak, Mustafa İlbak, Ali İlbak, Yusuf İlbak, Vedat Şahin, Necati Özkan, Eyüp Subaşı, Ahmethan Subaşı, Aydınhan Alper Körpü, Aydınxan kimi şübhəlilərə aid olduğu müəyyənləşdirilən "BVA” Reklam və Məsləhət Xidmətləri, "SMO” Reklam və Məsləhət Xidmətləri, Vizyonkent Reklam Bazarlama, "Kentvizyon” Media – Kommunikasiya Bazarlama, "Üçüncü Məcra” Reklam və Turizm Sənayə Ticarət, "Urbanmedia” Reklam və Kommunikasiya Xidmətləri, "Panoffect” Media, "Gənc Populist” media planlaşdırma təşkilat ticarət LTD, "MSO” Reklam və Məsləhət Xidmətləri, "Sim” Media, "Sev” Açıq Hava Reklamçılıq Sənayə və Ticarət LTD və "Vesa Events” təşkilat- ticarət LTD kimi şirkətlərin hesablarına həbs qoyulub.
Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin müxtəlif şəhərlərində bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək məqsədilə mitinqləri və nümayişlər keçirilib. Aksiyalar xüsusilə İstanbul və Ankara şəhərlərini əhatə edib. Daxili İşlər Nazirliyinin məlumatına görə, sonradan iğtişaşlara çevrilən aksiyalarda 1 879 nəfər saxlanılıb. Onlardan 260-ı həbs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 28 Mart 2025 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















