Icma.az
close
up
RU
İSTANBUL DANIŞIQLARI: REAL SÜLH ŞANSI VARMI? Zelenski Putinsiz masanın arxasına oturmağa razı kimi görünür...

İSTANBUL DANIŞIQLARI: REAL SÜLH ŞANSI VARMI? Zelenski Putinsiz masanın arxasına oturmağa razı kimi görünür...

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

İstanbulda sabah baş tutacağı gözlənilən Rusiya - Ukrayna danışıqları öncəsi geopolitik gərginlik fonunda tərəflərin mövqeləri bir daha kəskin şəkildə üzə çıxdı. Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlara şəxsən qatılmaqdan imtina etdi, lakin müdafiə naziri Rüstəm Umerovun rəhbərliyi ilə yüksək rütbəli nümayəndə heyətini İstanbula göndərdi. Rusiya isə danışıqlara Vladimir Putinsiz qatılaraq, prosesin siyasi çəkisini minimuma endirdi. Bütün bunlar isə müzakirələrin səmərəliliyini və real nəticə doğurub-doğurmayacağını ciddi sual altına alır.

Zelenski: “Danışıqlar Putinsiz başlasa da, sülhün əsası atəşkəs olmalıdır”

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirdiyi mətbuat konfransında Zelenski danışıqların əsas məqsədinin atəşkəs olduğunu bəyan edib. O bildirib ki, Rusiya ilə heç bir ərazi güzəşti müzakirə mövzusu deyil, yəni Krım və digər işğal olunmuş ərazilər üzrə Ukraynanın mövqeyi dəyişməz olaraq qalır.

Ən maraqlı məqamlardan biri isə Zelenskinin Rusiya nümayəndə heyətinin “qondarma” səviyyədə olduğunu vurğulaması oldu. Onun sözlərinə görə, Moskvadan nə ciddi gündəlik, nə də siyasi çəkili heyət gəlməyib, bu isə danışıqlara hörmətsizlik hesab edilir – təkcə Ukraynaya deyil, həm də vasitəçilik edən ABŞ və Türkiyəyə qarşı.

Ukrayna heyətinin tərkibi: Müdafiə, diplomatiya və xüsusi xidmətlər bir arada

Ukraynanın danışıqlar heyətinə müdafiə naziri Rüstəm Umerov başçılıq edir. Həmçinin xarici işlər naziri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi və xüsusi xidmət orqanlarının rəhbərləri də nümayəndə heyətində yer alıblar. Bu, Ukraynanın danışıqlara ciddi hazırlaşdığını, lakin Rusiya tərəfinin siyasi rəhbərlik səviyyəsində danışıqlardan yayınmaqla prosesin effektini bilərəkdən azaltmağa çalışdığını göstərir.

Putin danışıqlardan uzaqda - Medinski kompromisə hazırdır, amma...

Rusiya tərəfdən nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir. O, 2022-ci ildəki uğursuz danışıqlarda da iştirak etmişdi. Heyətə həmçinin müdafiə nazirinin müavini Aleksandr Fomin, xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya hərbi kəşfiyyatının (GRU) rəhbər nümayəndəsi və digərləri daxildir.

Medinski bildirib ki, danışıqlara “kompromis ruhu” ilə yanaşırlar, lakin dəqiq gündəlik açıqlanmayıb. Əsas məqsədin “uzunmüddətli sülhə aparan yolu” tapmaq olduğunu vurğulayıb, amma konkret məsələlərə toxunmayıb. Rusiya danışıqlara 2022-ci ilin kəsilmiş formatının davamı kimi baxır. Bu isə həm Ukrayna, həm də Qərb üçün qəbuledilməzdir, çünki həmin format Moskvanın şərtlərinin diktə edildiyi çərçivəyə çevrilmişdi.

Tramp amili və ABŞ nümayəndə heyəti: Səhnəarxası nəzarət

Zelenski bildirib ki, danışıqlarda iştirak qərarı ABŞ Prezidenti Donald Trampa olan hörmət naminə verilib. Trampın özü daha öncə bildirmişdi ki, əgər Putin və Zelenski İstanbulda şəxsən iştirak etsələr, sülh naminə özü də ora gedəcək. Hazırda Tramp prosesin kənarından müşahidə aparır, lakin geosiyasi təşəbbüslərin gələcəkdə onun əlinə keçməsi ehtimalı güclənir.

ABŞ dövlət katibi Marko Rubionun başçılıq etdiyi nümayəndə heyəti də artıq Türkiyədədir. Rəsmi mövqe odur ki, onlar müşahidəçi statusundadır, lakin Zelenskinin açıqlamalarından görünür ki, ABŞ və Türkiyə ilə paralel ikitərəfli görüşlər planlaşdırılır.

İstanbul danışıqları – real irəliləyiş, yoxsa siyasi imitasiyadır?

Rusiya ilə Ukrayna arasında münaqişənin diplomatik həlli üçün nadir imkanlardan biri olan İstanbul danışıqları artıq ilk addımdan ciddi siyasi və protokol fərqləri ilə başlayıb. Zelenski Putinin iştirak etmədiyi danışıqlara getmir, Putin isə öz təklifi ilə başlatdığı prosesi aşağı səviyyədə təmsil etməklə onun nəticəsizliyini sanki əvvəlcədən təmin edir.

Ukraynanın danışıqlara yüksək heyət göndərməsi və əsas məqsədin atəşkəs elan edilməsi kimi təqdim olunması Kiyevin kompromisə açıq olduğunu, lakin ərazi bütövlüyü prinsipindən imtina etməyəcəyini göstərir. Rusiya isə hələlik müharibənin siyasi həllindən daha çox, danışıqlardan taktiki üstünlük əldə etməyə çalışır.

Sonda isə əsas sual açıq qalır: sülh üçün real siyasi iradə varmı, yoxsa bu görüşlər də əvvəlkilər kimi nəticəsiz başa çatacaq?

Bu sualın cavabı artıq sabah məlum ola bilər.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 May 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see164

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see127

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri