Icma.az
close
up
RU
İstanbul görüşü sülh siqnalı verdi: İrəvanda etirazlar, Moskvada təzyiqlər başladı ŞƏRH

İstanbul görüşü sülh siqnalı verdi: İrəvanda etirazlar, Moskvada təzyiqlər başladı ŞƏRH

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərindən sonra kritik siyasi dönüş yaşanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla 20 iyun 2025-ci il tarixində İstanbulda keçirilən görüşdə Paşinyan həm Ermənistan–Azərbaycanda sülh müqaviləsi layihəsinin, həm də Türkiyə ilə əlaqələrin normallaşmasının vacibliyini bir daha vurğulayıb. Bu görüşdə Türkiyə sülh prosesinə dəstəyini ifadə edib və buna təkan verəcəyini bəyan edib .

Eyni zamanda, Rusiya sülhə doğru addımlardan narazı qaldığı üçün, Rusiyada yaşayan azərbaycanlı soydaşlarımıza təzyiq göstərməyə çalışır. Çünki, Moskva regiondakı təsir gücünün azaldılacağından ehtiyat edir və bunu həzm edə bilmir.

Maraqlıdır görəsən, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi tezliklə bağlana bilərmi? Rusiya niyə buna qarşıdır? Turkustan.az olaraq bu suallarımızı politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq. Ekspert bildirdi ki, Ermənistan, Azərbaycan və Türkiyə arasında 3 tərəfli kordinasiyalı siyasət həyata keçirilir. Bu əməkdaşlıq formatı regionda sülhün bərqərar olunması və iqtisadi kommunikasiyaların açılması məqsədi daşıyır. Əsədullazadəyə görə, Paşinyan hökuməti Rusiyadan uzaqlaşaraq Qərblə inteqrasiya və Türkiyə ilə münasibətlərin normallaşmasına üstünlük verir.

Məhəmməd Əsədullazadə

ABŞ da bu istiqamətdə sülh prosesinə dəstək verir. Artıq Ermənistanda Konstitusiya dəyişikliyinə gedilməsi üçün xüsusi bir komissiya formalaşdırılıb. Bildirilir ki, iyul ayında Paşinyan və İlham Əliyevin Dubayda görüşü də istisna edilmir. Hazırda bölgədə geosiyasi vəziyyət dəyişməkdədir və ABŞ, Türkiyə, həmçinin Avropa İttifaqı sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıdır.

Zəngəzur dəhlizinin açılması məsələsi də aktiv şəkildə gündəmdədir. Paşinyanın Türkiyə səfəri zamanı bu məsələ və ümumilikdə Ermənistan–Azərbaycan arasında sülh sazişinin tezliklə bağlanması geniş şəkildə müzakirə olunub. Hazırda müəyyən bir çərçivə sazişinin imzalanması ehtimalı yüksəkdir. Çünki əsas sülh müqaviləsinin imzalanması üçün ilk növbədə Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələb olunur. Azərbaycan da bu dəyişikliklərin baş verməsini əsas şərt kimi irəli sürür.

Zəngəzur dəhlizinin açılması və ardınca sülh müqaviləsinin imzalanması mümkündür. Təbii ki, Rusiya bu prosesin əleyhinədir. Bu səbəbdən, müxtəlif vasitələrlə Azərbaycana təzyiq göstərməyə çalışır, eyni zamanda Ermənistanda Paşinyan hakimiyyətini dəyişmək niyyətindədir. Lakin artıq Rusiya bu proseslərə ciddi şəkildə təsir göstərə bilmir. Çünki həm Azərbaycan, həm də Ermənistan anti-Rusiya xəttinə köklənib və regionda Moskvanın nüfuzunun azalması istiqamətində addımlar atılır.

Aydındır ki, bu gün bölgədə sülhə əsas mane olan tərəf məhz Rusiyadır. ABŞ-ın sülh prosesinə dəstəyi davam edərsə, çox ciddi irəliləyişlər baş verə və yaxın zamanlarda ilkin çərçivə sazişi imzalana bilər.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 İyul 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see234

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see165

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see151

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see146

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see143

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see141

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see139

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri