Icma.az
close
up
RU
İstanbul Ticarət Universitetində Azərbaycan səfiri ilə görüş keçirildi

İstanbul Ticarət Universitetində Azərbaycan səfiri ilə görüş keçirildi

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün İstanbul Ticarət Universitetində “Səfirlər danışır” formati çərçivəsində “Azərbaycan-Türkiyə əlaqələri: Bir millət, iki dövlətdən stratejik müttəfiqliyə” mövzusunda Universitetin müəllim və tələbə kollektivinin Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Dok. Rəşad Məmmədovla görüşü keçirildi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sayqı duruşu ilə yad edildikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirildi. Daha sonra cənab səfiri və görüş iştirakçılarını salamlayan Universitetin rektoru Prof. Dok. Nəcib Şimşək doktorluq müdafiəsini Azərbaycanda gerçəklişdirdiyi zaman elmi rəhbəri olmuş Professor Dok. Heybətqulu Mustafayevin adını çəkərək, müəlliminə böyük sayqı və ehtiramını ifadə etməklə başladı. İki qardaş ölkənin gündən günə inkişaf edən əlaqələrindən danışan cənab rektor bu günkü görüşün də ölkələr arasındaaki mədəni əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini vurğuladı. Daha sonra tədbirin moderatoru, Ticarət Universitetinin müəllimi Doç. dok. Uğur Yasin AsalAzərbaycanla Türkiyə arasındakı qürurverici qardaşlıq əlaqələrindən danışdı. “Səfirlər danışır” formatında ilki düzənlənən görüşün də məhz Azərbaycan səfiri ilə keçirilməsinin bu mənada böyük əhəmiyyət daşıdığını vurğuladı.

Azərbaycanın Türkiyədəki səfiri Dok. Rəşad Məmmədovla iştirakçılar arasında olduqca səmimi şəraitdə keçirilən görüş ən başda cənab səfirin öz tərcümeyi halını anlatmasıyla başladı. Daha sonra Azərbaycanla Türkiyə arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin gün gündən daha da inkişaf etməsindən danışaan səfir, tarixin müxtəlif mərhələlərində Azərbaycanın Türkiyəyə, Türkiyənin Azərbaycana göstərliyi təmənnasız qardaş köməyindən bəhs edərkən Çanaqqalada Şəhid olan üç mindən çox azərbaycanlını və Nuri Paşa komandanlığında Bakını işğaldan azad edərkən Şəhid olan türk əsgərlərini rəhmət və minnətlə andı. Cənab səfir danışarkən Azərbaycanın tarixini, Türkiyə ilə əlaqələrini, dövlətin mövcud fəaliyyətlərini yazılı mətinlər və xəritələrlə anladan slayd iştirakşılara nümayiş etdirildi. Türk Dövlətləri Təşkilatının fəaliyyətindən söz açan səfir Rəşad Məmmədov müasir dünyada Avropa Birliyi kimi təşkilatlar varlığını sürdürərkən məhz bizim də Türk Birliyi vəhdətini dünyaya tanıdan Türk Cumhuriyyətlərinin birləşdiyi Türk Dövlətləri Təşkilatı, dövlət olmayan, sayı az olan türklərin var olduğu toplumların birləşdiyi Türksoyun fəaliyyətlərindən qürurla danışdı və bu təşkilatların fəaliyyətlərini yüksən qiymətləndirərək dövlətlərin gələcəkdə daha geniş miqyaslı əlaqələr quracağını vurğuladı. Daha sonra cənab səfir Universitet müəllimlərinin və tələbələrinin Türkiyə və Azərbaycanla bağlı suallarını cavablandırdı. 

Bu gün Universitetin müəllim və tələbələri ilə keçirilən görüşün hər iki ölkənin mədəni əlaqələrinin inkişafına müsbət təsirini vurğulayan cənab səfir belə bir səmimi ortama ev sahibliyi etdiyi üçün İstanbul Ticarət Universitetinin rəhbərliyinə və kollektivə təşəkkür etdi.  

Görüşdə Səfirin müşaviri Dok. Füzuli Məcidli və İstanbul Baş Konsulu Nərminə Mustafayeva da iştirak edirdi.

Yaqut Misirxanlı

İstanbuldan “Şərq” qəzeti üçün

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Noyabr 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri