Icma.az
close
up
RU
İstanbul Universitetində Azərbaycan kinosunun tarixinə dair təqdimat olub

İstanbul Universitetində Azərbaycan kinosunun tarixinə dair təqdimat olub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

İstanbul, 26 sentyabr, Günel Karatepe, AZƏRTAC

İstanbul Universitetinin Türkiyyat Araşdırmaları İnstitutunda Türk Dünyası Kino Forumu və mükafatlı sənədli film nümayişi keçirilib. Tədbirdə azərbaycanlı ssenarist, teatr və kino tənqidçisi, İstanbul Universitetinin doktorantı Ameliya Ömerova “Azərbaycan kinosunda tarixi və mədəni izlər” mövzusunda təqdimatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, məruzədə “Fətəli Xan” filmi təhlil olunub, sovet dövründə Azərbaycan kinosunun üzləşdiyi çətinliklər və filmlərdə qorunub saxlanılan tariximiz, milli ənənələrimizdən bəhs edilib.

Bu il 10-cu dəfə təşkil olunan forum Türk Dünyası Jurnalistlər Federasiyası tərəfindən, Türkiyənin Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin dəstəyi ilə keçirilib.

Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti, İran, Bolqarıstan, Qazaxıstan və Qırğızıstan da daxil olmaqla 10 ölkədən film istehsalçılarının qatıldığı forum Türk dünyasında kino sahəsində əlaqələrin daha da genişləndirilməsini hədəfləyir.

Tədbirdə Türk Dünyası Jurnalistlər Federasiyasının Prezidenti Menderes Demir, İstanbul Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun müdir müavini Mehmet Sait Türkhan və Milliyyətçi Hərəkat Partiyasının (MHP) İstanbul Təşkilatının Türk dünyasından məsul vilayət başçısı İsmail Akgöz çıxış edərək Türk dünyası kinosunun inkişafının əhəmiyyətini vurğulayıblar.

M.Demir rəhbərlik etdiyi təşkilatın əsas məqsədinin türk icmalarının kino vasitəsilə mədəni bağlarını gücləndirmək olduğunu vurğulayaraq, tarix, dil və mədəniyyət birliyinə malik olan bu icmaların kino vasitəsilə quracaqları dialoqla həm keçmişi xatırlayacaqlarını, həm də gələcəyi birgə quracaqlarını qeyd edib.

Forum çərçivəsində təşkil olunan iki ayrı paneldə kinematoqrafiyanın müxtəlif aspektləri müzakirə olunub. Panellərdə “Azərbaycan kinosunda tarixi və mədəni izlər”, “Kiprdə kino”, “Türk kinosunun gələcəyində süni intellekt” mövzularda təqdimatlar olub.

Tədbir “Keçmişdən günümüzə” filmi, eləcə də “Vira” və “Novruz” sənədli filmlərinin təqdimatı ilə davam etdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri