Icma.az
close
up
RU
İstanbulda Azərbaycanlı qadın rəssamların sərgisi keçirilib

İstanbulda Azərbaycanlı qadın rəssamların sərgisi keçirilib

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

İstanbuldakı Baxçaşəhər Universitetində Azərbaycan Mədəniyyət Məzrkəzinin dəstəyi ilə “Rənglərin zərafəti” temalı Azərbaycan qadın rəssamların sərgisi keçirilib.

Sərginin açılışında çıxış edən Universitetin rektoru professor Əsra Hatiboğlu qadın zərifliyini və əməyini təcəssüm etdirən incə sənətin nümayiş olunduğu belə gözəl tədbirə ev sahibliyi etdikləri üçün məmnunluğunu ifadə edərək bildirdi ki: “Azərbaycana xüsusi məhəbbətim var, o qədər çox sevirəm ki, hətta Azərbaycana getmək üçün hər fürsətdə bir səbəb axtarıram. Bizim universitetimizdə azərbaycanlı tələbələr təhsil alır, bu da qardaşlığımız ən bariz nümunəsidir. Ümid edirəm ki, bundan sonra da universitetimizdə müxtəlif tədbirlərin keçirilməsi üçün gözəl bir zəmin yarandı”. Daha sonra çıxış edən Azərbaycan Mədəniyyət Nazirinin müavini Murad Hüseynov Baxçaşəhər Universitetinin rektoruna və kollektivinə təşəkkür edərək, belə önəmli tədbirlərin keçirilməsinin hər iki ölkənin mədəni əlaqələrinin inkişafındakı böyük rolunu vurğuladı. Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanın zəngin mədəniyyətini və tarixini tanitmaqdan qürur duyduqlarını ifadə etdi, Azərbaycanın çoxəsirlik zəngin sənət ənənəsinin yaranmasında və inkişafında qadınlarımızın rolundan bəhs edərək əsərləri sərgilənən Böyükxanım Zeynalova, Raida Mustafayeva, İrina Eldarova, Aytən Rzaquliyeva, Leyla İsyaeva, Safura Abdullayeva, Aydan Nəbizadə, Nigar Mahmudova və başqa rəssam qadınlarımızın əməyini xüsusi qiymətləndirdi. Samir Abbasov qeyd etdi ki, bu gün mədəniyyətimizin təbliği ilə iki qardaş ölkə arasındakı mədəni əlaqələrin inkişafına yeni töhfəıər verəcəyimizə daha çox inanırıq. Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Dr. Füzuli Məcidli isə Azərbaycan səfirliyi adından təbriklərini çatdıraraq vurğuladı ki, bu gün biz mədəniyyət diplomatiyasının, zövqlərimizin, düşüncələrimizin ortaq olduğuna şahidlik edəcəyik, sənətin ortaq gücünü görəcəyik. O, həmçinin, “hal-hazırda Azərbaycanla Türkiyə arasındakı qardaşlıq bağları hər zamankından daha güclüdür, bu birliyimizi və bərabərliyimizi əbədi yaşatmaq üçün bizə güçlü mədəniyyət lazımdır, dahi Azərbaycan şairi H.Cavidin dediyi kimi: Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” deyə qeyd etdi.

Sərgidə diqqətimi çəkən milli geyimdə olan qadın rəsminin müəllifi Raida Mustafayeva ilə söhbətimdə bildirdi ki, bü əsərin adı “Məryəm”dir və o bu əsəri 15 il öncə öz tələbəsinə həsr edib. Raida xanım həmçinin İstanbula olan sevgisini də ifadə edərək, Mədəniyyət Mərkəzinə onlara belə bir gün yaşatdıqları üçün öz təşəkkürünü bildirdi.

Sərginin açılışında milli musiqi alətimiz olan tarda Pərviz Musayevin ifasında Azərbaycan milli müsiqiləri səsləndirildi, Azərbaycan milli təamları qonaqlara təqdim edildi.

Yaqut Misirxanlı

İstanbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Aprel 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri