İstanbulda etiraz aksiyasına qatılan ABŞ vətəndaşı ölkədən deport edilib
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı korrupsiya və terror istintaqlarına etiraz etmək məqsədilə Saraçhanədə keçirilən aksiyaya qatılan ABŞ vətəndaşı Türkiyədən deport edilib.
“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Maykl Antoni Qanoe adlı şəxs Türkiyəyə martın 20-də gəlib.
Onun bundan əvvəl Rumıniyadakı nümayişlərə qatıldığı müəyyən edilib.
ABŞ vətəndaşının sosial şəbəkələrdə Türkiyədəki məhkəmə qərarlarını və təhlükəsizlik qüvvələrini hədəf alan paylaşımlar etdiyi məlum olub. Qanoe polisə ifadəsində müstəqil jurnalist olduğunu və qazancını sosial mediada paylaşdığı xəbərlərdən əldə etdiyini bildirib.
Aidiyyəti proseduralardan sonra Qanoe və onunla birlikdə fəaliyyət göstərən Rumıniya vətəndaşı Daniel Aleksandr Loktus "kin və nifrəti təşviq etmə" cinayəti səbəbilə ölkələrinə göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 25 Mart 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















