Icma.az
close
up
RU
İstanbulda “TürkiyəAzərbaycan Gənclərinin Qardaşlıq Forumu” keçirilib VİDEO

İstanbulda “TürkiyəAzərbaycan Gənclərinin Qardaşlıq Forumu” keçirilib VİDEO

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi və “Makro 2000” Qrupu tərəfindən “Türkiyə-Azərbaycan Gənclərinin Qardaşlıq Forumu” keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir Türkiyə və Azərbaycanın dövlət himnlərinin oxunması ilə başlayıb.

Qonaqları salamlayan GTİD sədri, layihə rəhbəri Toğrul Allahverdili Azərbaycan və Türkiyə arasındakı tarixi qardaşlıq bağlardan söz açıb.

Azərbaycanın tarixi tədbir olan COP29-a ev sahibliyi etməsini bildirən sədr qeyd edib ki, rəsmi Bakı tədbiri ən yüksək səviyyədə həyata keçirir.

T. Allahverdili tədbirin keçirilməsində dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının da səylə çalışdığını bildirərək gənclərin daha da fəallıq göstərməsinin önəminə diqqət çəkib. Azərbaycan və Türkiyə gənclərinin qarşılıqlı əlaqələrdə şəbəkələşmə imkanlarının yüksək səviyyədə olduğunu qeyd edərək gəncləri bu imkanlardan maksimum yararlanmağa çağırıb.

Qeyd edək ki, layihə rəhbərinin çıxışından sonra protokol çıxışlarına yer verilib.

Forumda çıxış edən Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı qeyd edib ki, Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışı bir çox cəhətdən ciddi mesajları özündə əks edirdi.

“Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” mesajı bu baxımdan xüsusi diqqət çəkir. Prezidentin Milli Məclisin tribunasından ifadə etdiyi bu mövqe illərlə yad dəyərlərlə bizi yanıltmaq, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışdıqları saxta proseslərin yerlə-yeksan edilməsi idi. Türk gəncliyinin birliyi və qardaşlığı zamanın tələbidir. Çünki hər iki gənclik bütün sahələrdə bir-birinə qırılmaz tellərlə bağlanıblar. Dil, din və köklərinin eyni olması türk gəncliyinin bir-birinə təbii bağlılığının göstəricisidir”, – deyə millət vəkili söyləyib.

Bundan əlavə, Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdizadə, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Günel Ələsgərli, Yurtdışı Türkler ve Akraba Toplulukları Başkanlığı İstanbul Ofisi koordinatoru Fatih Hacıbektaşoğlu, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının başqan vəkili Pərviz Məmmədzadə, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər, İSTAD başqanı Səfər Karakoyunlu, Motiv Şəxsi İnkişaf mərkəzinin rəhbəri, psixoloq Mətanət Əliyeva çıxış edərək COP29-un önəmi və Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirak təcrübələri ilə bağlı danışıb, Azərbaycanla Türkiyənin arasındakı siyasi və mədəni əlaqələrin inkişafına gənclərin qatqısından bəhs ediblər.

Daha sonra COP29-un açılış mərasimindən bəhs edən qısa film nümayiş olunub.

Forum çərçivəsində Ankara Hacı Bayram Veli Universitetinin doktorantı, YTB bursiyeri, aktivist Rəşid Mustafazadənin moderatorluğu ilə Türkiyə-Azərbaycan Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Paneli təşkil olunub. Paneldə məşhur bloqer, yazar Aysu Mola, məşhur teleaparıcı, yazar Yeşim Eryılmaz, Azərbaycan tarixi üzrə ekspert Anar Can Kıtay,kibertəhlükəsizlik və süni intellekt mütəxəssisi Yasin Uğur ölkələrarası əlaqələrin gənclərə sirayət etdirilməsi və gənclərin şəbəkələşmə potensialının gerçəkləşdirilməsi ilə bağlı müzakirə aparıblar.

Forumun bədii hissəsində Azərbaycanı dünya səhnələrində təmsil edən ən gənc qadın orkestr şefi, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə ithaf etdiyi “Türkiyə 100” əsəri ilə könüllərdə taxt quran Turan Manafzadə və gənclər milli musiqilərimizi səsləndiriblər.

Forumun sonunda iştirakçılara təşəkkür plaketləri təqdim olunub, xatirə şəkli çəkilib.

https://www.youtube.com/watch?v=4xD31pF1Fdw

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Noyabr 2024 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see265

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see139

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see131

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see130

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see125

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see123

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see122

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see122

Azərbaycan Prezidentinin köməkçisi: Azərbaycan dialoq tərəfdaşı kimi ŞƏT lə sıx əməkdaşlıq edir

31 Avqust 2025 09:25see120

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see120

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see118

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see118

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see118

Mehmed Fetihler Sultanı nda yeni sima Foto

31 Avqust 2025 10:38see118

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see117

Rusiya Kiyev, Dnepr və Zaporojyeyə hücumlara haqq qazandırıb

31 Avqust 2025 11:24see116

Rüfətdən məhsuldar ötürmə

31 Avqust 2025 11:12see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri