Icma.az
close
up
RU
İstanbuldakı Türkiyə Azərbaycan Teatrı mövsümün açılışını Bəxtiyar Vahabzadəyə həsr edib

İstanbuldakı Türkiyə Azərbaycan Teatrı mövsümün açılışını Bəxtiyar Vahabzadəyə həsr edib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İstanbul, 21 oktyabr, Günel Karatepe, AZƏRTAC

İstanbulda Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrı tərəfindən Xalq şairi Bəxtiyar Vahabzadənin əsərləri əsasında hazırlanan “Yağışdan sonra” ikipərdəli tamaşanın premyerası olub.

AZƏRTAC xəbər verir ki, tamaşa Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə uzun illər Türkiyədə Azərbaycan mədəniyyətini tanıdan “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyi tərəfindən Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə ərsəyə gətirilən layihə çərçivəsində səhnələşdirilib.

Tamaşanın premyerasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul rəhbərliyinin Türk Dövlətləri Təşkilatı 1-ci bölgə koordinatoru Emine Ayhan, partiyanın Üsküdar rayon rəhbərliyinin Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər şəxsləri, Azərbaycanın İstanbulda fəaliyyət göstərən mədəniyyət xadimləri, Türk Dünyası Qadınları Platformunun nümayəndələri, eləcə də bir çox QHT-lərin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edən Emine Ayhan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və AK Partinin İstanbul üzrə rəhbərinin müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri Mehmet Şahinin salamlarını çatdıraraq sənətin və mədəniyyətin Azərbaycan-Türkiyə qardaşlığını daha da qüvvətləndirən ən güclü körpülərdən biri olduğuna inamını ifadə edib.

Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova çıxışında teatrın fəaliyyətini yüksək qiymətləndirərək gələcək fəaliyyətlərinə uğurlar diləyib.

Sonra tamaşaya baxış keçirilib.

Minə Bayrakerinin rejissorluğu ilə ərsəyə gələn tamaşanın truppa rəhbəri Bəhram Afsal, musiqi tərtibatçısı, “Xarıbülbül” Azərbaycan Mədəniyyət Dərnəyinin musiqi bölməsinin rəhbəri, müğənni-aktrisa Vüsalə Əsgərova, dekor tərtibatçısı Aylin Axundova, səs tərtibatçısı Hilal Alp, aktyorları Neda Sözbir, Mehmet Türkbeyler, Vüsalə Əsgərova, Maruf Demirtaş, Jale Çinar, Bülent Altay, İbrahim Domruk, Murat Eren Dikbasan və Şamira Osmanovadır.

Sonda Türk Dünyası Qadınları Platformunun rəhbəri Günay Əliyeva şanlı Zəfərimizin ildönümü münasibətilə xüsusi hazırlanmış “Xarıbülbül” saatını, Türkiyənin Tək Hədəfim Təhsil Dərnəyinin sədri Cem Yıldırım Türk dünyasına göstərdiyi xüsusi xidmətlərinə görə plaketi “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyinin və teatrın rəhbəri Kamalə Kamal Cabbarovaya təqdim ediblər.

Xatırladaq ki, Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə ərsəyə gətirilən layihənin ilk günü “Axı dünya fırlanır” mövzusunda panel iclas keçirilib, şairə həsr olunmuş “İstiqlal şairi” sənədli filminin premyerası olub, şairin həyat və yaradıcılığını əks etdirən sərgi açılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri