Icma.az
close
up
RU
“İstəklilər Koalisiya”sı dağılma təhlükəsi qarşısında: Makronla Starmer arasında gərginlik

“İstəklilər Koalisiya”sı dağılma təhlükəsi qarşısında: Makronla Starmer arasında gərginlik

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Fransa prezidenti Emmanuel Makronla Böyük Britaniyanın yeni baş naziri Kir Starmer arasında münasibətlərdə çatlar yaranıb. Bu isə Ukraynaya dəstəyi öz üzərinə götürmüş "İstəklilər Koalisiyası”nın parçalanmasına səbəb ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, iki fransız rəsmisi etiraf edib ki, koalisiyanın dəqiq strateji istiqaməti yoxdur. Onlar qeyd ediblər ki, problemin bir hissəsi Birləşmiş Krallığın ABŞ-ın təhlükəsizlik zəmanətlərinə həddindən artıq önəm verməsi ilə bağlıdır – halbuki bu zəmanətlər hələ də reallaşmayıb.

Öz növbəsində Londonda isə Makronu tənqid edirlər. Bildirilir ki, o, prezidentlik müddətinin sonuna yaxınlaşdıqca, beynəlxalq açıqlamalarında daha çox "öz siyasi mirası haqqında düşünür”. İranla danışıqlarda iştirak etmiş bir məmur bildirib ki, Makron həmin prosesdə özünü "sülhməramlı” kimi göstərməyə çalışıb.

"Politico”nun yazdığına görə, iki lider arasında yaranmış "çatların” əsas səbəbi ABŞ-la münasibətlərdir.

Qeyd edilir ki, London və Paris hələ də hərəkətlərini sıx şəkildə koordinasiya etməyə çalışır. Onların əsas məqsədi – Donald Trampı Ukrayna üzrə sülh danışıqlarında saxlamaqdır. Lakin proses ləngidikcə, Britaniya və Fransa rəsmiləri qarşı tərəfin ABŞ prezidenti ilə işləmə üsuluna görə narazılıq ifadə edirlər.

Makrona yaxın olan bir fransız ekspertin sözlərinə görə, Starmer "Ağ Evə münasibətdə daha ehtiyatlıdır”. Öz növbəsində, keçmiş britaniyalı diplomat qeyd edib ki, "Makron da yumşaq davranır, amma bizim qədər yox”. O, Starmerin Trampa münasibətdə olduqca güzəştli taktikasını "utanmaz, amma zəruri” adlandırıb.

Xüsusilə bildirilir ki, Makron Starmerlə Tramp arasında əldə olunmuş razılaşmadan narazıdır – həmin razılaşma Britaniya mallarına tətbiq edilən ABŞ rüsumlarının yumşaldılmasını nəzərdə tutur. Halbuki Fransa hələ də Avropa İttifaqına qarşı tətbiq edilən sanksiyaların təsiri altındadır.

"İstəklilər Koalisiyası” nədir?

"İstəkli Koalisiyası” və ya "Qətiyyətlilər Koalisiyası” (Coalition of the willing) — 2025-ci ilin martında yaradılmış qeyri-rəsmi birlikdir. Təxminən 30 ölkəni birləşdirən bu koalisiyanın məqsədi, ABŞ-ın Ukrayna ilə bağlı öhdəliklərdən geri çəkildiyi şəraitdə, Kiyevə dəstəyi davam etdirməkdir. Koalisiyanın əsas təşəbbüskarları Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron olub. Lakin bir çox analitiklər bu təşəbbüsü sadəcə "siyasi teatr” adlandırır.

Xatırladaq ki, bu həftənin cümə axşamı günü Fransa və Britaniya "İstəkli Koalisiyası” çərçivəsində növbəti görüş keçirəcək.

Görüş videobağlantı formatında baş tutacaq: Makron və Starmer Londona yaxın hərbi bazadan efirə qoşulacaq. Prezident Vladimir Zelenski və digər Avropa liderləri – o cümlədən Almaniya kansleri Fridrix Merts və İtaliyanın baş naziri Corciya Meloni isə Romada keçiriləcək konfransdan qatılacaqlar.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 İyul 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri