Icma.az
close
up
RU
İstərdim ki, futbolçularımın titul sayı daha da artsın Qurban Qurbanov

İstərdim ki, futbolçularımın titul sayı daha da artsın Qurban Qurbanov

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Futbolçularımı təbrik edirəm. Bir az gərginlik, yorğunluq var idi. Buna baxmayaraq futbolçular sona qədər təmkinli qaldılar və rəqibin səhv etməsini gizlədilər. Sonda bundan istifadə edə bildik. Elmar Baxşıyevə və komandasına uğurlar arzulayıram".

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinalının "Araz-Naxçıvan"la cavab matçında sonra təşkil edilən mətbuat konfransında deyib.

"Qarabağ" ilk görüşdə uduzduğu (0:1) rəqibinə bu gün 3 cavabsız qolla qalib gələrək finala yüksəlib. Ağdam klubunun çalışdırıcısı qələbəni belə şərh edib: "Öncə rəqibin oyununu dəyərləndirmək lazımdır. Hesabda 0:1 geridə idik. Rəqib çox düzgün, ağıllı müdafiə olunurdu və əks-hücumlara hazırlaşırdı. Onların ilk hissədə bir neçə qol epizodu oldu. Bizim hazırlığımız da bunun üzərində getmişdi. Topsuz oyunçularımıza çox yaxşı təzyiq edirdilər. İlk yarıda top itkilərimiz çox oldu. Rəqib daha aktiv idi. İkinci hissədə biz təzyiqi artırdıq və bundan istifadə etdik. Həmişə demişəm ki, kubok matçları çempionatdan fərqlidir. Bu, normaldır. Belə oyunlara daim hazır olmalıyıq".

Q.Qurbanov finalda hansı komanda ilə ("Neftçi" və ya "Sabah") qarşılaşacaqlarının önəmi olmadığını bildirib: "Belə bir düşüncəm yoxdur. Sadəcə onu bilirəm ki, finalda qarşımızda nəticə üçün alışıb-yanan rəqib olacaq.  Çünki, hər ikisinin avrokuboklarda iştirak etmək şansı həmin oyundan asılı olacaq. İstənilən rəqib bundan sonra bütün hazırlıqlarını bizə qarşı quracaq. Hələ vaxt var. Hər iki komandaya uğurlar arzulayıram. İstəyərdim ki, ikisi də avrokuboklarda iştirak etsin. Hər iki klub böyük sərmayə qoyub. Bu iki klubun strukturunu nümunə olaraq göstərə bilərik. Yalnız nəticəyə yox, uğurun davamlı olmasına sərmayə yatırıblar. "Neftçi"nin də, "Sabah"ın da çox yaxşı bazası var. Biz də kuboku yenə qazanmaq istəyirik. Finalda məğlub olmaq kimi bir düşüncəmiz olmayacaq. İstərdim ki, futbolçularımın titul sayı daha da artsın".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://qol.az
archiveBu xəbər 23 Aprel 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri