Icma.az
close
up
RU
İsti geyinin İran prezidentindən işıqsız oturan vətəndaşlara MƏSLƏHƏT

İsti geyinin İran prezidentindən işıqsız oturan vətəndaşlara MƏSLƏHƏT

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran prezidenti ciddi enerji böhranı səbəbindən işıqsız oturan əhaliyə yeni müraciətlə özünü biabır edib.

İran dəhşətli enerji böhranı ilə üz-üzədir, bunun fonunda prezident Məsud Pezeşkian isitmə sistemini yandırmaq əvəzinə “isti geyinmək” zərurəti ilə bağlı bəyanatı əhali arasında hiddət fırtınasına səbəb olub. Sosial şəbəkələrdə prezidentin şərhi hakimiyyətin vətəndaşların real ehtiyaclarından təcrid olunmasının simvolu adlandırılıb.

Lent.az-ın xarici mediaya istinadənməlumatına görə. enerji böhranı sərt qış səbəbindən daha da pisləşib. Milyonlarla iranlı elektrik enerjisinə etibarlı çıxışdan məhrumdur, məktəblər və dövlət idarələri bağlanıb, küçələrdə və şəhərlərarası yollarda işıqlar söndürülüb. Vəziyyət təcili tədbir görülməsini tələb etsə də, Pezeşkian evlərdə temperaturun iki dərəcə aşağı salınması tövsiyəsi istehza və tənqid hədəfinə çevrilib.

Sosial şəbəkələrdə qəzəblənən istifadəçilər “İstilik lazım olanda prezident əlavə sviter geyinməyi təklif edir” yazır.

Ekspertlər hesab edir ki, prezidentin bəyanatı yalnız İran hakimiyyəti ilə sadə vətəndaşlar arasında dərin uçurumu vurğulayır. Ölkənin enerji sektorundakı böhran uzun illər infrastruktur problemlərinə məhəl qoymamağın nəticəsidir. Ayətullah rejimi daxili iqtisadiyyatın modernləşdirilməsinə sərmayə qoymaq əvəzinə, Suriya, Livan və digər ölkələrdəki müttəfiqlərini dəstəkləmək üçün milyardlarla dollar xərcləyir.

Bundan əlavə, elektrik stansiyalarının istismarı üçün dizel yanacağından istifadənin artması böyük şəhərlərdə havanın kritik səviyyəyə çatmasına səbəb olub və bu, əhalinin narazılığını daha da artırıb.

İqtisadi qeyri-sabitlik böhranın ümumi mənzərəsini tamamlayır. Gələcəklə bağlı qorxular fonunda İran valyutasının dəyərinin düşməsi yalnız ictimaiyyətin qəzəbini artırır. Bütün bunlar beynəlxalq sanksiyaların sərtləşdirilməsi və daxili iğtişaşların artması fonunda baş verir.

Özünü “mötədil” qüvvələrin təmsilçisi kimi qələmə verən Pezeşkian əhalini qənaət etməyə çağırmaqla vəziyyətdən çıxmağa çalışır. Lakin onun sözləri yalnız ictimaiyyətin qəzəbinə səbəb olub. Çoxları bu açıqlamanı hakimiyyətin reallıqla əlaqəni itirdiyinin və əhalinin aktual problemlərini həll edə bilmədiyinin təsdiqi kimi qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 Dekabr 2024 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri