Icma.az
close
up
RU
İstiləşmə və su ehtiyatlarının qorunması

İstiləşmə və su ehtiyatlarının qorunması

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

COP29 çərçivəsində Azərbaycanın BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən hazırlanan “Ətraf mühit üzrə fəaliyyətin icmalı” hesabatının təqdimatında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov dünya əhalisinin böyük bir hissəsinin su qıtlığından əziyyət çəkdiyini və gələcəkdə bu problemin daha da kəskinləşəcəyinin gözlənildiyini deyib.

V.Kərimov qeyd edib ki, Azərbaycanda Dövlət Su Komissiyası çərçivəsində su ehtiyatlarının səmərəli istifadəsi, itkilərin azaldılması, yeni su mənbələrinin yaradılması, uçotun təkmilləşdirilməsi, idarəetmənin elektronlaşdırılması və digər istiqamətlərdə genişmiqyaslı tədbirlər həyata keçirilir: “Ölkə Prezidentinin 2024-cü il 10 oktyabr tarixli sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiq edilib. Milli Strategiyanın icrası su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasını, həmin sahədə idarəetmənin müasirləşdirilməsini, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur”.

Yeri gəlmişkən, adıçəkilən Milli Strategiya iqlim dəyişikliyinə qarşı mübarizənin uzunmüddətli dövrdə qlobal miqyasda əsas çağırışlardan biri kimi qəbul edildiyi, Davos İqtisadi Forumunun “Qlobal risklər – 2024” hesabatında uzunmüddətli dövrdə ekstremal hava hadisələri, biomüxtəlifliyin itirilməsi və ekosistemin dağılması əsas risklər qismində diqqətə çatdırılıb, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına əsaslanaraq, növbəti 5 ildə temperatur səviyyəsinin sənayeləşmədən əvvəlki göstəricidən 1,5 C artma ehtimalının çox yüksək olduğu da diqqətə çatdırılıb.

Milli Strategiyada qeyd edilir ki, qarşıdakı illərdə ölkənin su ehtiyatlarında azalmanın davam edəcəyi gözlənilir. Bildirilib ki, Dünya Resursları İnstitutunun son tədqiqatına görə, Azərbaycan 2050-ci ilə qədər su ehtiyatlarının azalması ilə üzləşəcək 164 ölkə arasından 59-cu yerdə qərarlaşıb və orta-yüksək (20−40 faiz su stresi) risk kateqoriyalı ölkə kimi təsnif edilib.

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da Dövlət Statistika Komitəsinin məlumatına əsaslanılaraq bildirilir ki, Azərbaycanda illik orta temperatur xüsusən 1980-ci ildən etibarən artmağa başlayıb və 2023-cü ildə 14,7°C-yə yüksəlib. 1915−2000-ci illərdə temperatur artımı isə illik orta hesabla 0,6°C qeydə alındığı halda, 2000−2020-ci illərdə bu artım 0,8°C-yə bərabər olub. Son 30 ildə illik isti (maksimum temperaturun 35°C-dən yuxarı olduğu) günlərin sayı 10-dan 15-ə artıb.

Temperatur artımı və buxarlanma Xəzər dənizinə axan suyun həcminin azalmasına səbəb olub. Belə ki, 2006-cı ildən etibarən Xəzərdə suyun səviyyəsinin ildə orta hesabla 11 santimetr azalması qeydə alınıb. Eyni zamanda, ölkə ərazisində yağıntıların uzunmüddətli dinamikası ümumilikdə sabit olsa da, son onillikdə cüzi azalma müşahidə edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə yağıntıların orta illik miqdarı 2002−2011-ci illərdəki 512,4 millimetrdən 2012−2023-cü illərdə 438,6 millimetrədək azalıb.

Azərbaycanla yanaşı, Türkiyə, Ermənistan, Gürcüstan və İranda da atmosfer yağıntılarının azalması su ehtiyatının həm transsərhəd, həm də yerli miqyasda azalması ilə nəticələnib.

Növbəti onillikdə Azərbaycan Respublikasında yağıntıların proqnozlaşdırılan səviyyəsi ilə bağlı qeyri-müəyyənlik var. Mövcud qeyri-müəyyənliklər və temperaturun artması su ehtiyatlarının daha çox buxarlanmasına, çay axınlarının azalmasına, buzlaqların sürətlə əriməsinə və nəticədə şirin su ehtiyatlarının azalmasına gətirib çıxara bilər. İl ərzində ardıcıl quru günlərin maksimum sayında müşahidə edilən artım tendensiyası o qədər böyük olmasa da, quraqlıq və su qıtlığı ilə bağlı riskləri artırır.

Hazırda dünya ölkələri iqlim dəyişikliklərinin kəskinləşməsi, su ehtiyatlarının azalması və onun ekoloji sistemə mənfi təsirlərinin getdikcə artması kimi ciddi problemlərlə üzləşib. Son 50 ildə davamlı qlobal iqlim dəyişikliyi, əhalinin sürətli artması, urbanizasiya və sənayeləşmə kimi amillər su ehtiyatlarının səviyyəsinə və keyfiyyətinə mənfi təsir göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Noyabr 2024 00:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see260

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see238

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see238

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see231

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see228

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see227

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see220

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see218

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see215

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see203

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see200

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see199

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see199

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see199

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see195

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see194

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see191

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see187

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see182

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri