Icma.az
close
up
RU
İsveç mediası Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti ilə qarşıdakı görüşünü işıqlandırıb

İsveç mediası Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti ilə qarşıdakı görüşünü işıqlandırıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Stokholm, 8 avqust, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçin aparıcı nəşrləri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Tramp ilə cümə günü Ağ evdə keçirilməsi planlaşdırılan görüşü barədə öz auditoriyasını məlumatlandırıb.

AZƏRTAC xəbər verir ki, “SVT Nyheter”in məqaləsində Donald Trampın bu görüşün “tarixi sülh sammiti” olacağı sözləri yer alıb. Nəşr onu da qeyd edir ki, ABŞ hər iki ölkə ilə regionun iqtisadi inkişafına yönəlmiş ikitərəfli sazişlər imzalamağı planlaşdırır. Bildirilir ki, bu, 1990-cı illərin əvvəlindən bağlanmış Cənubi Qafqazdan keçən əsas nəqliyyat marşrutlarının açılmasına gətirib çıxara bilər.

“Dagens Nyheter” yazır ki, Azərbaycan və Ermənistan uzun müddətdir Qarabağa görə hərbi münaqişə vəziyyətindədir. Qəzet xatırladır ki, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu bu bölgəyə nəzarəti tam bərqərar edib. Qeyd edilir ki, qarşıdan gələn razılaşmalar regionda vəziyyətin sabitləşməsində mühüm rol oynaya bilər.

“Aftonbladet” qəzeti Donald Trampın “Truth Social”da dərc etdiyi paylaşıma istinad edir. ABŞ Prezidentinin “bir çox lider müharibəni bitirməyə çalışdı, lakin nəticəsiz qaldı – amma bu, TRUMP sayəsində bu günə qədər olub” sözlərini sitat gətirir. Nəşr onu da bildirir ki, Associated Press (AP) agentliyinin iki anonim mənbədən aldığı məlumata görə, sazişlər ABŞ-a Ermənistan ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin yaradılması hüququnu verə bilər. Gələcəkdə dəhlizə neft-qaz kommunikasiyalarının, həm sərnişinlərin, həm də yüklərin daşınması üçün dəmir yolu xəttinin daxil olacağı güman edilir.

Həmin mənbələrə görə, görüşün nəticəsi Türkiyə ilə Ermənistan arasında 40 ilə yaxındır bağlı qalan sərhədlərin bərpasına zəmin yarada bilər.

İsveç mediası qarşıdakı görüşü böyük diplomatik və geosiyasi əhəmiyyətə malik olan hadisə kimi qiymətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri