İsveç müxalifəti immiqrasiya siyasətinin sərtləşdirilməsini tənqid edib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Stokholm, 14 may, AZƏRTAC
İsveç Sosial Demokrat Partiyası (SDP) hökumətin bir sıra yeni miqrasiya təşəbbüslərinə, o cümlədən daimi yaşayış icazələrinin tədricən ləğvinə və miqrantlar üçün “tərbiyəlilik” tələblərinin tətbiqinə qarşı çıxıb.
AZƏRTAC xəbər verir ki, partiyanın miqrasiya məsələləri üzrə sözçüsü İda Karkiainen hökumətin təkliflərinin miqrasiya qanunvericiliyində xaos yaratdığını və insanların taleyinə mənfi təsir göstərə biləcəyini bildirib.
Sosial Demokratlar hesab edir ki, daimi yaşayış icazələrindən imtina edilməsi İsveç vətəndaşlığının alınması prosesini çətinləşdirəcək və daha çox insanın müvəqqəti və qeyri-sabit vəziyyətdə yaşamasına səbəb olacaq. Eyni zamanda, partiya gələcəkdə daimi yaşayış icazələrinin ləğv edilməsi ehtimalını istisna etməsə də, yaxşı düşünülmüş keçid mexanizminin zəruriliyində israr edir.
Yaşayış icazələrinin verilməsi və ya ləğv edilməsi üçün əsas kimi “tərbiyəli davranış” meyarlarının tətbiq edilməsi təklifi də bəzi tənqidlərə səbəb olub. Sosial Demokratların fikrincə, hökumətin xülasə edilmiş təklifləri hələ də olduqca qeyri-müəyyən və kifayət qədər işlənməmiş qalır.
Partiya, həmçinin son illərdə miqrasiya siyasətinin sərtləşdirilməsinin mübahisəli nəticələrə, o cümlədən uzun müddət İsveçdə yaşayan gənclərin deportasiyası hallarına səbəb olduğunu etiraf edib.
Hökumətin təklifləri yaxın gələcəkdə İsveç parlamentində baxılacaq.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 14 May 2026 02:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















