Icma.az
close
up
RU
İsveç seçiciləri üçün gələn il keçiriləcək seçkilər ərəfəsində immiqrasiya prioritet deyil

İsveç seçiciləri üçün gələn il keçiriləcək seçkilər ərəfəsində immiqrasiya prioritet deyil

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Stokholm, 18 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçdə 2026-cı il parlament seçkiləri öncəsi seçiciləri ən çox narahat edən məsələlər səhiyyə və cinayətkarlıqla mübarizə olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Yeni Ipsos” sorğusunun nəticələrində bildirilir.

Sorğuya görə, uzun müddət ictimai müzakirələrin əsas mövzusu olan immiqrasiya məsələsi əhəmiyyətini itirərək dördüncü sıraya geriləyib.

Tidö hökumətinin vədlərinə baxmayaraq, səhiyyə sahəsindəki problemlər hələ də qalır. Bu da seçicilərin məsələyə yüksək diqqətini izah edir. Sorğular göstərir ki, xüsusilə qadınlar və yaşlı seçicilər səhiyyə sahəsində Sosial Demokrat Partiyasına daha çox etimad göstərirlər.

İkinci yerdə isə qanun və qayda məsələsi qərarlaşıb. Bu mövzu 2022-ci il seçkilərindən sonra da aktuallığını saxlayır.

Üçüncü pillədə isə təhsil məsələləri dayanır. Bu sahədə liberalların mövqelərinin gücləndiyi müşahidə olunur.

Tidö hökumətinin əsas siyasət istiqamətlərindən biri olan immiqrasiya mövzusu isə seçicilər arasında marağını itirib. Qeyd edək ki, miqrasiya siyasətinin sərtləşdirilməsi hələ əvvəlki sosial-demokrat hökumətləri dövründə başlamışdı. Hazırkı sağ mərkəzçi koalisiya hökuməti isə bu istiqamətdə siyasəti daha da sərtləşdirərək sığınacaq axtaranların sayını son onilliklərin ən aşağı səviyyəsinə endirib.

Bu tendensiya immiqrasiyanın artıq niyə seçicilərin prioritetləri sırasında yer almadığını izah edir. Xatırladaq ki, 2015-ci ildəki miqrant böhranından sonra bu məsələ illərlə gündəmin birinci sırasında olub. Sorğuya əsasən, bu sahədə ən güclü siyasət yürüdən partiya kimi İsveç Demokratları göstərilsə də, onların reytinqi son seçkilərdən sonra bir qədər azalıb.

Dördüncü yer enerji və iqlim dəyişiklikləri mövzuları arasında bölüşdürülüb. Bu məsələlərə daha çox qadınlar, gənclər, böyük şəhərlərin sakinləri və ali təhsilli seçicilər maraq göstərirlər. Həmçinin müxalifət partiyalarının tərəfdarları, hökumət koalisiyasını dəstəkləyənlərə nisbətən bu sahəyə daha çox diqqət yetirirlər.

İqtisadi məsələlər, həyatın bahalılığı və yüksək tariflərə baxmayaraq, inflyasiyanın azalması fonunda əvvəlki aktuallığını tədricən itirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Oktyabr 2025 03:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri