Icma.az
close
up
RU
İsveçli jurnalist Viola Devis müxtəlifliklə bağlı sual verdiyi üçün müsahibədən uzaqlaşdırıldı

İsveçli jurnalist Viola Devis müxtəlifliklə bağlı sual verdiyi üçün müsahibədən uzaqlaşdırıldı

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

“P1 Kultur” radio proqramının əməkdaşı isveçli jurnalist Emma Enqström "G20" filminin efirə çıxması ilə əlaqədar amerikalı aktrisa Viola Devis ilə təşkil edilmiş onlayn müsahibədə iştirak edib. Devis filmdə qaradərili ABŞ Prezidenti rolunu oynayır.

Lakin müsahibə gözlənilmədən yarımçıq kəsilib. Buna səbəb Enqströmün kino sənayesində irqi və gender müxtəlifliyi ilə bağlı sual verməsi olub. SİA xəbər verir ki, müsahibədən əvvəl filmin PR şöbəsi jurnalisti siyasi mövzulardan çəkinməyə çağırıb. Buna baxmayaraq, Enqström bildirib ki, filmin özü açıq-aşkar siyasi xarakter daşıyır və qadınların, eləcə də fərqli etnik mənşəyə sahib insanların siyasətdəki rolunu gündəmə gətirir.

Jurnalist Devisdən Hollivudda müxtəlifliklə bağlı vəziyyətə dair fikirlərini soruşduqda, aktrisa bu suala cavab verməyib. PR xidmətin nümayəndəsi dərhal müdaxilə edərək müsahibəni bitirib. Həmçinin, filmin rejissoru Patrisiya Riggen ilə planlaşdırılan görüş də ləğv edilib.

Enqströmün sözlərinə görə, bu hadisə ABŞ kino sənayesində bu cür mövzuların nə qədər həssas və gərgin olduğunu əks etdirir. Hazırda ABŞ-da Disney də daxil olmaqla bir sıra böyük media şirkətlərinin müxtəliflik təşəbbüslərinin ayrı-seçkilik prinsipini pozub-pozmadığı ilə bağlı araşdırmalar aparılır.

Jurnalist, həm filmlə, həm də onun real istehsal konteksti ilə bağlı vacib suallar verməsinə imkan yaradılmadığı üçün məyusluğunu ifadə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Aprel 2025 06:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri