İsveçrə millisnin kapitanı barədə araşdırma başlayıb
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsveçrə milli komandasının kapitanı Qranit Caka saxta koronavirus peyvəndi sertifikatlarının əldə edilməsi şübhəsi ilə bağlı aparılan araşdırmaya cəlb olunub. Sport24.az xəbər verir ki, bu barədə "Blick" qəzeti məlumat yayıb.
Lütsern polisi bu məlumatı DPA xəbər agentliyinə təsdiqləyib. Futbolçu faktiki olaraq peyvənd olunmadan həkimindən müvafiq arayışlar almış ola biləcəyi ilə bağlı şübhələr var. Bir qrup həkim həmçinin digər saxta sənədlərin verilməsi ehtimalı ilə bağlı istintaq altındadır. Lütsern prokurorluğu saxta arayışın əldə edilməsi və ya sənəd saxtakarlığı ilə bağlı cinayət qanunvericiliyinin pozulub-pozulmadığını müəyyən etməlidir.
Cakanın nümayəndəsi Andreas Bantel bildirib ki, futbolçu prokurorlar tərəfindən dindirilənə qədər vəziyyətlə bağlı ictimaiyyətə açıqlama verməyəcək. Bantelin sözlərinə görə, həkim oyunçunun 2022-ci ilin yanvar və noyabr aylarında peyvənd olunduğunu təsdiqləyib.
Qeyd edək ki, hazırda İngiltərə təmsilçisi "Sanderlend"in formasını geyinən Caka 2021-ci ildə və 2022-ci ilin əvvəlində koronavirusa yoluxub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 21 Sentyabr 2026 08:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















