İsveçrə MN parlamenti silah ixracatında məhdudiyyətləri ləğv etməyə çağırıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsveçrənin müdafiə naziri Martin Pfister parlament üzvlərini ölkənin silah ixracatında mövcud olan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
APA “Reuters” ə istinadən xəbər verir ki, nazirin çağırışnda məqsəd İsveçrənin silah ixracatı vasitəsilə beynəlxalq təhlükəsizlik əməkdaşlığına öz təhfəsini verə bilməsidir.
Pfister İsveçrənin avropalı tərəfdaşlarının güvənini qazanmasının vacib olduğunu vurğulayıb.
İsveçrənin müdafiə naziri kiber və dron hücumlarından müdafiəyə qarşı yeni bir sistemin təqdim olunacağını bildirib.
Pfister ölkəsinin 36 ədəd F-35 qırıcısı alacağını bəyan edib və digər ölkələrin silahlı qüvvələrilə əməkdaşlığın qurulmasının vacib olduğunu deyib.
Qeyd edək ki, bu ilin fevral ayında İsveçrə hökuməti silah ixracatına qoyulan məhdudiyyətlərin yumşaldılması ilə əlaqədar təklif irəli sürüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 02 Oktyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















