Icma.az
close
up
RU
İsveçrə parlamenti bilməlidir ki, Qarabağ Azərbaycana məxsusdur və bunu rəsmi İrəvan da tanıyıb DEPUTAT

İsveçrə parlamenti bilməlidir ki, Qarabağ Azərbaycana məxsusdur və bunu rəsmi İrəvan da tanıyıb DEPUTAT

Sonxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İsveçrə parlamenti bilməlidir ki, Qarabağ Azərbaycana məxsusdur və bunu rəsmi İrəvan da tanıyıb" - DEPUTAT

"İsveçrə parlamentinin aşağı palatası olan Milli Şura "Dağlıq Qarabağ: sülh konfransı" adlı qətnamə qəbul edib. Qətnamənin müəllifi ermənipərəst deputat Erix Fontobeldir. Hələ ötən il İsveçrə Parlamentinin yuxarı palatasında – Dövlətlər Şurasında Qarabağla bağlı müzakirələr keçirilib".

Bunun Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, müzakirələr zamanı isveçrəli parlament üzvləri 2022 – ci ildə Cenevrə kantonunun Parlament tərəfindən qəbul edilmiş "Dağlıq Qarabağdakı ermənilərin yaşamaq və öz müqəddəratını təyin etmək hüququ" başlıqlı qətnamə, eləcə də bir qrup ermənipərəst deputatın təşəbbüsü ilə hazırlanmış "Ermənistanın sağ qalmasının təmin olunması" başlıqlı məsələni nəzərdən keçirib:

"Müzakirələr zamanı bəzi ermənipərəst parlament üzvləri çıxış edərək, Azərbaycana qarşı qondarma iddialar irəli sürməyə cəhd göstərmişdilər. Onlar Azərbaycanın guya etnik təmizləmə həyata keçirdiyini, beynəlxalq humanitar hüquqa hörmət etmədiyini iddia edirdilər. Deputat Juiyar Şarl regionda humanitar vəziyyətin gərgin olduğunu, hərbi qarşıdurmanın yenidən canlana biləcəyini bildirirdi. İsveçrənin xarici işlər naziri İqnasio Kassis BMT Təhlükəsizlik Şurasında, ATƏT-də, eləcə də digər beynəlxalq institutlarda İsveçrənin Azərbaycana qarşı mövqe tutmayacağına işarə etmişdi.

Yekunda müzakirələrin nəticəsində "Dağlıq Qarabağdakı ermənilərin yaşamaq və öz müqəddəratını təyin etmək hüququ" sərlövhəli qətnamə ilə bağlı vəsatət yekdilliklə rədd edilib,"Ermənistanın sağ qalmasının təmin olunması" məsələsi ilə bağlı müzakirələrin isə davam etdirilməsi qərara alınmışdı".

Deputat vurğulayıb ki, hazırda İsveçrənin Federasiya Şurasının deputatları hökumətə Qarabağı könüllü tərk etmiş ermənilərin geri qaytarılması ilə bağlı danışıqların aparılması üçün 2025-ci ildə konfrans təşkil etməyi təklif etsələr də, İsveçrənin xarici işlər naziri ölkə deputatlarının Qarabağ üzrə beynəlxalq konfransın çağırılması təşəbbüsünü rədd edərək bildirib ki, bu münaqişəni Ermənistan və Azərbaycan həll etməlidir:

"Dünyada özünün bitərəfliyinə görə sayılıb seçilən İsveçrə də erməni məsələsində tərəf saxlayır. Ölkə parlamentinin aşağı palatasının gələn il Qarabağ üzrə beynəlxalq sülh forumunun təşkilinə dair Federal Şuraya çağırış etməsi bunu söyləməyə əsas verir. Sözügedən çağırışın yer aldığı qətnamədə, eyni zamanda, bildirilir ki, İsveçrə Azərbaycanla Qarabağ ermənilərinin nümayəndələri arasında açıq dialoqa yardım etməlidir. İsveçrə parlamentinin də bilməli olduğu ən vacib məqam odur ki, Qarabağ beynəlxalq hüquqla Azərbaycana məxsusdur və bunu rəsmi İrəvan da tanıyıb. Hazırda bu barədə bütün fəaliyyətləri beynəlxalq hüquqa tamamilə ziddir".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 18 Dekabr 2024 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri