Icma.az
close
up
RU
İsveçrə Parlamentinin təşəbbüsləri qərəzli mövqe daşıyır ŞƏRH

İsveçrə Parlamentinin təşəbbüsləri qərəzli mövqe daşıyır ŞƏRH

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Son illərdə İsveçrə Parlamentində beynəlxalq münasibətlər və ərazi münaqişələri ilə bağlı aparılan müzakirələr diqqət çəkir. Bu müzakirələr, xüsusilə Qarabağ münaqişəsi və ermənilərin bu bölgədəki vəziyyəti ilə bağlı müxtəlif qətnamələr və təşəbbüslər vasitəsilə gündəmə gəlməkdədir. 

Lakin, bu müzakirələr Azərbaycanın suverenliyi və beynəlxalq hüququn prinsipləri ilə ziddiyyət təşkil edir. İsveçrə Parlamentinin bəzi deputatları, Qarabağda yaşayan ermənilərin öz müqəddəratını təyin etmək hüququnu müdafiə edərək Azərbaycanı müxtəlif ittihamlarla qarşı-qarşıya qoyurlar. Bu mövzuların gündəmdə olması, beynəlxalq münasibətlərdə obyektivlik və ədalət prinsiplərinə ciddi təhdidlər yaradır.


Mövzu ilə bağlı politoliq Yusif Bağırzadə Sherg.az-a açıqlamasında İsveçrə Parlamentində bu səpkili müzakirələrin keçirilməsinin ilk olmadığını söyləyib:


"2022-ci ildə Cenevrə kantonunda parlament tərəfindən “Dağlıq Qarabağdakı ermənilərin yaşamaq və öz müqəddəratını təyin etmək hüququ” başlıqlı qətnamə qəbul olundu. 2023-cü ilin martında həmin qətnamə, eləcə də bir qrup ermənipərəst deputatın təşəbbüsü ilə hazırlanan “Ermənistanın sağ qalmasının təmin olunması” başlıqlı məsələ İsveçrə Parlamentinin yuxarı palatasında müzakirəyə çıxarıldı. Düzdür həmin vaxt müzakirələr hər hansı nəticə vermədi. Amma parlamentin tərkibindəki bir qrup bu məsələni davamlı olaraq gündəmdə saxlamağa cəhdlər edir.

Keçən ilin dekabr ayında da oxşar məsələ İsveçrə Parlamentinin aşağı palatası olan Milli Şuranın iclasında müzakirəyə çıxarıldı. Aşağı palatada mövcud olmayan “Dağlıq Qarabağ münaqişəsi”nə dair beynəlxalq sülh forumunun təşkili ilə bağlı müzakirələr aparıldı. Hökumətə ərazilərimizi tərk edib gedən ermənilərin geri qayıtmasına dəstək vermək üçün konfrans çağırmaqla bağlı çağırış edildi. 

İndi də Yuxarı Palata “Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və ermənilərin geri qayıtmasının təmin edilməsi”nə həsr olunacaq müzakirələri özünün gündəliyinə salıb". 


Ekspert Qarabağ adlı münaqişənin mövcud olmadığı bir vaxtda “Münaqişənin sülh yolu ilə həlli” adlı müzakirələr açmağın absurd göründüyünü söyləyib:

"Qarabağ münaqişəsinə 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi nəticəsində yekun vurulub. 2023-cü ildə antiterror əməliyyatı nəticəsində də Azərbaycanın dövlət suverenliyi bərpa olunub. Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması beynəlxalq hüquqla tanınıb və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının bir sıra qətnamələri və digər beynəlxalq qurumların sənədləri ilə təsbit olunub.

Təəssüf doğuran məqamlardan biri də odur ki, erməni milliyətli sakinlərin Qarabağı könüllü surətdə tərk etdiklərini bilə-bilə İsveçrə Parlamentinin ayrı-ayrı deputatları absurd fikirlər səsləndirərək Azərbaycanı etnik təmizləmədə, mədəni irsin dağıdılmasında ittiham etməyə cəhdlər edirlər. 

Şübhəsiz ki, Ermənistanın Azərbaycana təcavüzünə, ərazilərimizin otuz il işğal altında qalmasına, öz ata-baba yurdlarından zorla qovulmuş və ya deportasiya edilmiş yüz minlərcə azərbaycanlının hüquqlarına biganə yanaşaraq susmağa üstünlük verən İsveçrə Parlamentinin nə müzakirələr aparması, nə də qərar qəbul etməsi bizim üçün elə də önəmli məsələ deyil. Amma istənilən halda ikili standartların ifadəsi olan bu cür mövqe tamamilə yolverilməzdir. Çünki istənilən beynəlxalq təşəbbüs və hərəkətlər yalnız obyektiv olduğu zaman effektli olur". 


Politoloq sonda İsveçrə Parlamentinin təşəbbüslərinin obyektivlikdən çox uzaq olmaqla yanaşı, həm də qərəzli mövqe daşıdığını vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Mart 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri