Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Sözün işığında yaşayan insan

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Amazon kütləvi ixtisarlara hazırlaşır

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

“İsveçrə Sülh Təşəbbüsü” sülhə deyil, əksinə, gərginliyin yenidən alovlanmasına xidmət edir

“İsveçrə Sülh Təşəbbüsü” sülhə deyil, əksinə, gərginliyin yenidən alovlanmasına xidmət edir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar Azərbaycan və Ermənistan arasında sülh danışıqları ətrafında müşahidə olunan yaxınlaşma, xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilmiş ikitərəfli görüş regionda sülh prosesinin irəliləməsi baxımından mühüm əhəmiyyət daşıyır. Diqqətçəkən məqam odur ki, bu görüş tərəflər üçün müsbət qarşılandığı halda, bəzi xarici qüvvələrdə narahatlıq yaratmağa başlamışdır.

Əlbəttə, regionda sabitliyin bərqərar olmasında maraqlı olmayan qüvvələrin də öz xüsusi maraqları var. Keçmişdə işğal altında olmuş Azərbaycan ərazilərində qanunsuz biznes fəaliyyətləri, korrupsiya əlaqələri, çirkli pulların yuyulması və buna bağlı lobbiçilik fəaliyyəti həmin dairələrin iqtisadi maraqlarını formalaşdırırdı.

Bundan əlavə, Cənubi Qafqaz regionu uğrunda nüfuz savaşı və təsir imkanlarını qoruyub saxlamaq cəhdləri də bəzi dövlətlərin maraq dairəsində qalır. Sülhün və sabitliyin yaranması bu dairələrin regiondakı manipulyasiya alətlərini zəiflədir və geosiyasi üstünlüklərinin əldən çıxması təhlükəsini yaradır. Məhz bu səbəbdən Azərbaycan və Ermənistan arasında vasitəçilərsiz real sülh təşəbbüsləri onları narahat edir. Çünki belə bir sülh prosesi nəinki uzun illərdir davam edən qeyri-səmərəli vasitəçilik mexanizmlərini aradan qaldırır, eyni zamanda region dövlətlərinin öz suveren qərarvermə hüququnu gücləndirir və Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradır.

Son dövrlər Qafqazda sülh prosesinə qarşı yönələn təşəbbüsləri diqqətlə izlədikcə, maraqlı faktların şahidi oluruq. May ayında İsveçrənin paytaxtı Bern şəhərində irəli sürülən “İsveçrə Sülh Təşəbbüsü” adlı qondarma təşəbbüs bu baxımdan xüsusilə diqqət çəkir. Əvvəla, qeyd etmək lazımdır ki, İsveçrə nə NATO-nun, nə də BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Bu ölkə öz neytrallığı və beynəlxalq vasitəçilik ənənəsi ilə tanınır. Lakin maraqlı məqam ondan ibarətdir ki, bu dəfə İsveçrə öz neytrallıq prinsipindən kənara çıxaraq, Cənubi Qafqazda sülhə deyil, əksinə, gərginliyin yenidən alovlanmasına xidmət edən bir təşəbbüslə çıxış edib. Sual yaranır: əgər tərəflər qarşılıqlı şəkildə yaxınlaşır və regionda barış üçün tarixi fürsət yaranıbsa, İsveçrədəki bəzi deputatlar niyə bu prosesə kölgə salmağa çalışır? Bu cəhdlər sülhə xidmət etmir, əksinə, artıq stabilləşməkdə olan vəziyyəti yenidən pozmağa və gərginlikləri təzələməyə yönəlmiş kimi görünür.
Azərbaycan əleyhinə davamlı fəaliyyət göstərən mərkəzlərdən biri də Fransa Milli Assambleyasıdır. Bu qurum həm öz siyasi maraqlarını Fransadakı erməni mənşəli seçicilərin səsləri üzərində qurur, həm də erməni lobbisi ilə mövcud olan gizli əlaqələr vasitəsilə fəaliyyətini davam etdirir.

Fransanın ermənipərəst deputatları tərəfindən Milli Assambleyaya təqdim olunan son qətnamə layihəsində açıq şəkildə Ermənistanın “dost və tərəfdaş ölkə” olduğu qeyd edilir. Bu isə haqlı sual doğurur: əgər Fransa Ermənistanı bu qədər açıq şəkildə tərəfdaş kimi görürsə, necə olur ki, özünü tərəfsiz vasitəçi kimi təqdim edib, illərlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rol oynamağa çalışıb?

Daha da düşündürücü məqam ondan ibarətdir ki, qətnamə layihəsi Azərbaycanda hərbi cinayətlərdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılan erməni əsilli şəxslərin “müdafiəsinə” həsr olunub. Halbuki Fransa bu günə qədər Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarından qovulmuş, minlərlə azərbaycanlının işgəncəyə məruz qoymuş, öldürmüş, Qərbi Azərbaycandan etnik təmizləməyə məruz qalmış 1,2 milyon azərbaycanlının taleyinə göz yummuşdur.

Sülh danışıqlarının intensivləşdiyi və ABŞ administrasiyasının da bu prosesi dəstəklədiyi bir zamanda, prosesə qarşı çıxan qüvvələr arasında “erməni lobbisinin yemlədiyi” bəzi konqresmenlər də yer alır. Bu konqresmenlərin əksəriyyəti ABŞ-da “Demokratlar” düşərgəsinə mənsub olan şəxslərdir. İddialara görə, 87 nəfər konqresmen ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət edərək Ağ evin rəsmi mövqeyinə zidd çıxıblar. 

Qeyd etmək lazımdır ki, Qarabağ ermənilərinin böyük hissəsi, xüsusilə də kişilər, illərlə separatçı rejimin tərkibində hərbi əməliyyatlarda iştirak edib və Azərbaycan əleyhinə döyüş əməliyyatlarına cəlb olunublar. Ona görə də, geri qayıtmaq istəyənlər ilk növbədə Azərbaycan vətəndaşlığını, onun qanunlarını və konstitusion əsaslarını qəbul etməlidirlər.Bu model çərçivəsində bölgədə yaşayan ermənilərin hüquqlarının təmin olunması, sosial rifahı və cəmiyyətə inteqrasiyası nəzərdə tutulurdu. Lakin təəssüf ki, həmin şəxslər bu modelin bir hissəsi olmağı rədd etdilər.

Beləliklə, bu gün beynəlxalq səviyyədə səsləndirilən iddialar, yəni, guya, ermənilərin zorla qovulması barədə iddialar faktlara deyil, siyasi maraqlara söykənən manipulyativ yanaşmalardır. Əgər doğrudan da ədalətdən və insan hüquqlarından danışırıqsa, onda Ermənistanın da Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların geri dönüş hüququnu tanıması və bu prosesə şərait yaratması vacib və labüddür. Bu baxımdan, Qarabağ ermənilərinin könüllü şəkildə bölgəni tərk etməsi ilə bağlı manipulyativ iddialar fonunda Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların hüquqları məsələsi beynəlxalq səviyyədə lazımi diqqəti görmür. Bu, açıq ikili standartların və geosiyasi maraqların nəticəsidir.

Buna qarşı olaraq, Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycanlıların hüquqlarını ardıcıl şəkildə müdafiə edir. O, bu mövzunu beynəlxalq platformalarda qaldıraraq diplomatik mübarizənin mühüm istiqamətinə çevirib. Prezidentin siyasi iradəsi nəticəsində bu məsələ artıq dünya diplomatiyasının gündəminə daxil edilib. Ölkəmiz bu prosesdə ardıcıl və prinsipial mövqe nümayiş etdirməkdə davam edir. Geri dönüş hüququ təkcə hüquqi məsələ deyil — o, eyni zamanda insan ləyaqətinin, tarixi ədalətin və milli hüququn müdafiəsidir.

Cəsarət Hüseynzadə
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see254

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see200

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see169

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see165

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see155

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see154

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see148

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see147

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see142

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see137

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see131

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see131

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

28 Oktyabr 2025 17:06see131

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see128

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see125

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see125

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

28 Oktyabr 2025 20:13see123

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

28 Oktyabr 2025 11:43see122

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

28 Oktyabr 2025 16:55see119

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri