İsveçrədə yanğın faciəsi: Sevgilisini xilas etməyə çalışan gənc futbolçu xəsarət aldı
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
İsveçrədə yerləşən dağ-xizək kurortlarından birində baş verən yanğın zamanı Fransanın “Metz” klubunda çıxış edən 19 yaşlı Tairis Dos Santos xəsarət alıb.
İdman.Biz xəbər verir ki, hadisə Yeni il gecəsi kurort ərazisindəki barlardan birində baş verib.
İlkin məlumatlara görə, yanğın nəticəsində təxminən 40 nəfər ölüb, 110-dan çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yanğın zamanı Tairis Dos Santos obyektin ikinci mərtəbəsində olub. O, alovdan xilas olduqdan sonra yenidən binaya qayıdaraq sevgilisini çıxarmağa çalışıb.
Hazırda futbolçu xəstəxanadadır. Onun başının arxa hissəsində və bədəninin böyük hissəsində yanıq xəsarətləri var. Onu qarşıda uzunmüddətli bərpa prosesi gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 05 Yanvar 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















