Icma.az
close
up
RU
ISW: “Ukrayna 2 şəhərini itirmək təhlüksəi ilə

ISW: “Ukrayna 2 şəhərini itirmək təhlüksəi ilə

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Amerikanın “Müharibənin Tədqiqi İnstitutu”nun hazırladığı hesabatda belə deyilir.
“Böyük ehtimalla, Rusiya qüvvələri Ukrayna bölmələrini növbəti aylarda bu şəhərlərdən geri çəkilməyə məcbur etmək üçün Pokrovsk və Mirnoqrada terüstü təchizat xətlərini kəsmək niyyətindədir. T-0405 və T-0406 trassları şərqdən qərbə uzanan Pokrovsk-Mirnoqrad bölgəsində Ukrayna qrupuna dəstək olmaq üçün üç əsas yerüstü marşrutdan ikisidir”, - institutun analitikləri bildiriblər.
Onların fikrincə, Rusiya qoşunlarının Pokrovskdan şərqə və qərbə doğru irəliləməsi maddi-texniki təminatı, habelə Ukraynanın öz qoşunlarını yenidən təchiz etmək və yenidən yerini dəyişdirmək imkanlarını çətinləşdirə bilər. Ukrayna ordusu şimala geri çəkilməyə məcbur olarsa, ruslar Pokrovsk və Mirnoqradı mühasirəyə almaqla yanaşı, Donetsk və Dnepropetrovsk vilayətləri arasındakı inzibati sərhədə qədər irəliləyə biləcəklər.
Analitiklərin proqnozlarına görə, Rusiya hərbi komandirləri çox güman ki, çoxsaylı piyada qoşunları ilə Pokrovsk və Mirnoqrad şəhərlərinə birbaşa hücumlardan qaçmağa ümid edirlər. Bu şəhərlərin mühasirəyə alınması isə Ukrayna Silahlı Qüvvələrinin geri çəkilməsi və rusların ağır şəhər döyüşləri olmadan onları ələ keçirməsi ehtimalını artırır.
Cəbhədə yaranmış belə ağır vəziyyətdə Kiyevə gələn Almaniyanın Müdafiə naziri Boris Pistorius Ukrayna hökuməti ilə danışıqlar aparmağı planlaşdırır. O, “Deutsche Presse-Agentur (DPA)” agentliyinə verdiyi açıqlamada Kiyevə əlavə yardım barədə müzakirə aparmaq və hərbi vəziyyət haqqında vəziyyət barədə məlumat almaq üçün Kiyevə səfərə gəldiyini iddia edib.
Bu arada mənbəyə istinad edən “Bloomberg” agentliyi ABŞ-nin gələcək prezidenti Donald Trampın Ukraynanın taleyinə biganə olduğunu yazıb.
- Görünür, onu Ukraynanın taleyi o qədər də maraqlandırmır və ya müharibənin ABŞ maraqları üçün strateji əhəmiyyətini başa düşmür. Amma Tramp Kiyevi Moskva ilə vaxtından əvvəl danışıqlara məcbur etməyəcək”, - mənbələr iddia ediblər.
Onların fikrincə, Ağ Evin gələcək administrasiyası Ukraynanın danışıqlar başlamazdan əvvəl güc mövqeyinə qayıtmasına kömək edə bilər, lakin Trampın hansı addımı atacağı məlum deyil.
Tramp: "Putinlə mümkün qədər tez görüşmək istəyirəm" Qeyd edək ki, bundan əvvəl Donald Tramp Rusiyalı həmkarı Vladimir Putinlə mümkün qədər tez görüşmək arzusunda olduğunu bildirib. Lakin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bu xəbəri şərh etmək üçün heç bir yeniliyin olmadığını açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azvision.az
archiveBu xəbər 14 Yanvar 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see290

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see270

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see250

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see250

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see242

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see240

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see226

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see220

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see210

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see206

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see193

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see186

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri