İtaliya hərbi bazasını ABŞ a verməkdən imtina etdi
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
İtaliya ABŞ-ın Siqonella hava bazasından istifadəsinə icazə verməyib. Qərar İtaliya müdafiə naziri Quido Krozetto tərəfindən verilib.
Axar.az xəbər verir ki, bu barədə “Corriere della Sera” nəşri məlumat yayıb.
“ABŞ-ın bir neçə bombardmançısının uçuş planında Siqonella hava limanına eniş və oradan da Yaxın Şərqə uçuş nəzərdə tutulurdu. Lakin ABŞ komandanlığı bu barədə heç kimdən icazə almayıb və İtaliya hərbi rəhbərliyi ilə məsləhətləşməyib. Məlumat isə təyyarələr artıq uçuşa başladıqdan sonra verilib”, - nəşr bildirib.
Qəzet bu qərarın Roma ilə Vaşinqton arasındakı münasibətlərə təsir göstərəcəyini yazıb.
Qeyd edək ki, dünən İtaliya müdafiə naziri Quido Krozetto ölkəsinin İranla müharibəyə qoşulmadığını açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 31 Mart 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















