İtaliya hökuməti Ukraynaya görə dağılma təhlükəsi ilə üz üzədir
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliyanın baş naziri Ciorcia Meloni hökuməti Ukraynaya qoşun göndərilməsi ilə bağlı davam edən fikir ayrılıqlarına görə dağılma riski ilə üzləşib.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" məlumat verib.
Məqalə müəlliflərinin fikrincə, səbəblərdən biri Ukrayna məsələsi ilə bağlı iki partiya - "Liqa" və "İrəli, İtaliya!" arasında mübahisədir. Onların hər ikisi hakim koalisiyanın üzvləridir. Birinci partiyanın lideri Matteo Salvini Avropa İttifaqı (Aİ) qoşunlarının Ukraynaya göndərilməsinin əleyhinədir, ikinci partiyanın lideri Antonio Tayani isə əksinə, Aİ-nin təşəbbüslərinin dəstəklənməsinin tərəfdarıdır.
"Meloninin hökuməti İtaliya standartlarına görə qeyri-adi dərəcədə sabit olsa da, o, Salvini ilə Tayani arasında sparrinqə nəzarət etmək məcburiyyətindədir", - deyə qəzet yazıb.
Məqalənin müəllifləri qeyd edirlər ki, Meloni hökumətdəki qeyri-sabitliyə görə xarici siyasət ritorikasını tənzimləməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 03 Aprel 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















